İQTİSADİYYAT
Sumqayıt Təlim, Tədris Mərkəzinin ilk məzunları “Azərikimya” İstehsalat Birliyində işlə təmin olunmuşlar
Sumqayıt, 20 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinin (TTM) ilk məzunları “Azərikimya” İstehsalat Birliyində (İB) işlə təmin olunmuşlar.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gənc mütəxəssislər - tornaçılar 6 aylıq təlim-tədris kursunu bitirdikdən sonra iki aylıq istehsalat təcrübəsi keçmişlər. Onlar mayın əvvəlində İB-nin Etilen-polietilen və Mexaniki-təmir zavodlarında, Təmir-tikinti İdarəsində işə qəbul olunmuşlar. Müasir və geniş dəzgah parkına malik olan TTM-də kifayət qədər yaxşı nəzəri bilik və təcrübi vərdiş əldə etmiş məzunlar ilk günlərdən kimya avadanlığının təmiri üçün lazım olan müxtəlif detalları torna dəzgahlarında vaxtında və keyfiyyətlə hazırlayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]