SİYASƏT
SUMQAYITDA BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN 94 NAMİZƏD MÜRACİƏT ETMİŞDİR
Sumqayıt, 27 oktyabr (AZƏRTAC). Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 94 namizəd müraciət etmişdir. Sumqayıtın 4 dairə seçki komissiyasından bildirmişlər ki, artıq 85 namizəd imza toplamaq üçün vərəqələr götürmüşdür.
Sumqayıtın 3 bələdiyyəsində seçkilər keçiriləcəkdir. Onlardan biri şəhər, ikisi isə qəsəbə - Corat və Hacı Zeynalabdin qəsəbələri bələdiyyələridir. Cəmi 47 yerə - Sumqayıtda 19, qəsəbələrdə isə müvafiq olaraq, 13 və 19 yerə seçkilər keçiriləcəkdir. Seçki kampaniyasını 132 məntəqə seçki komissiyası həyata keçirəcəkdir. Burada seçkiqabağı kampaniyanın təşkili və bələdiyyə seçkilərinin keçirilməsi üçün hər şərait yaradılmışdır.