Sumqayıtda intihar hadisəsi qeydə alınmışdır
Sumqayıt, 21 fevral (AZƏRTAC). Sumqayıt Prokurorluğu fevralın 20-də şəhərdə baş vermiş intihar hadisəsinin səbəblərini araşdırır. Sumqayıt Polis İdarəsinin növbətçi hissəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fiziki və əqli inkişafdan qalmış uşaqlar üçün ixtisaslaşdırılmış internat məktəbinin müəllimi, 1981-ci il təvəllüdlü Nəriman Adilov intihar etmişdir.
Bu məlumat 102 xidmətinə daxil olan kimi polis əməkdaşları 13-cü mikrorayonda hadisə yerinə gəlmiş və 3 nömrəli evin qarşısında kişi meyiti aşkar etmişlər. İlkin versiyaya görə, o, özünü doqquzmərtəbəli yaşayış binasının damından atmışdır. Şəhərin 21-ci mikrorayonunda fərdi tikilidə yaşayan müəllimin şəhərin o biri ucunda intihar etməsinin səbəbini isə istintaq üzə çıxarmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]