Sumqayıtda obyektdən 20 min manatlıq oğurluq edilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə şəhər ərazisində yerləşən firmaların birinin istehsal sexindən 20 min manat dəyərində mis naqillərin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Dilavər Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.