Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Surinam Respublikasının Prezidenti Desire Delano Boutersedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Bu il aprelin 11-də keçirilmiş seçkilərdə inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Surinam Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan məmnunluq və şərəf duyuram.

Ölkənizin inkişafı, sabitliyi, Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə Sizə tükənməz enerji və uğurlar diləyirəm.

Əminəm ki, Sizin prezidentliyinizin yeni dönəmində Surinam Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələr xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da güclənəcək.

Zati-aliləri, Sizə, Azərbaycan Respublikasının hökumətinə və xalqına ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Desire Delano Bouterse

Surinam Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin