DÜNYA
Suriyada qanlı döyüşlər davam edir
Bakı, 26 yanvar (AZƏRTAC). Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupunun məlumatına görə, son bir gün ərzində gedən döyüşlərdə ən azı 100 nəfər həlak olmuşdur. Hökumət qüvvələri üsyançıların paytaxt Dəməşq ətrafında, eləcə də Daraa və Homs şəhərlərindəki mövqelərini ağır artilleriyadan atəşə tutmuşdur. Mülki əhali evlərini tərk edərək daha təhlükəsiz yerlərə üz tuturlar.
Müxalifət silahlıları isə İdlib şəhərində mərkəzi həbsxanaya hücum edərək 300 məhbusu azad etmişlər. Bundan əlavə, onlar Hasaka rayonunda neft yataqlarından birini ələ keçiriblər. Eyni zamanda ölkənin müxtəlif şəhərlərində yüzlərlə suriyalı hakimiyyətin devrilməsini tələb edən etiraz aksiyaları keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]