SİYASƏT
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulmuşdur VİDEO
Bakı, 27 may (AZƏRTAC). Ermənistan ordusunun bölmələri mayın 26-da və 27-də gecə Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Paravakar, Berd rayonunun Ayqepar kəndlərində, Zod rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Əlibəyli kəndlərində və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutmuşlar.
Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulmuşdur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur.