İQTİSADİYYAT
“SW Travel” “Qatar Airways” aviaşirkətinin rəsmi nümayəndəliyi təyin olunmuşdur
Bakı, 17 dekabr (AZƏRTAC). “SW Travel” “Qatar Airways” aviaşirkətinin rəsmi nümayəndəliyi təyin olunmuşdur.
“SW Travel” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, yerli və xarici şirkətlərə, o cümlədən turistlər üçün dünyanın istənilən nöqtəsinə səfər və səyahətlərin, aviabiletlərin, mehmanxanaların, transferlərin, turların, viza xidmətlərinin və s. təşkili üzrə fəaliyyət göstərən “SW Travel” gələn il fevralın 1-dən etibarən sərnişinləri beşulduzlu “Qatar Airways” aviaşirkətinin təyyarələri ilə dünyanın 100-dən çox məntəqəsinə rahat və daha sərfəli qiymətlərlə səyahətə dəvət edir.
Nyu-York, Seul, Pekin, Quancjou istiqamətləri ilə yanaşı, “SW Travel” “Qatar Airways” aviaşirkəti Seyşel, Maldiv və Bali adaları, habelə Kuala Lumpur, Manila, Bəhreyn, Qoa, Dehli, Banqkok istiqamətlərində uçacaq təyyarələrinə aviabiletlərin satışına da başlayacaqdır.