İQTİSADİYYAT
Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanda son üç ildə sığorta sektorunun aktivləri 34,2 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycan Insurtech Zirvə" tədbirində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Azərbaycan sığorta sektorunun balans kapitalı, ümumilikdə, 7,7 faiz artıb. Bundan başqa, son üç ildə ölkədə sığorta haqları 67,8 faiz artaraq 1 milyard 223 milyon manata, sığorta ödənişləri isə 26,3 faiz artaraq 587 milyon manata çatıb. Sektorun ümumi daxili məhsulda payı 1 faizi keçib. Apardığımız qiymətləndirmələr və beynəlxalq müqayisələr göstərir ki, bu göstəricini 2 faizə çatdırmaq mümkündür", - deyə o qeyd edib.