TALİBLƏRİN BAŞÇILARI ƏFQANISTANIN MƏRKƏZİ BANKINDAN 100 MİLYON DOLLAR APARMIŞLAR
“Taliban” hərəkatının başçıları dağlarda gizlənməzdən əvvəl Əfqanıstan Mərkəzi Bankından təxminən 100 milyon dollar götürmüşlər. Bu məlumatı “Nyu-York tayms” qəzeti bankın və antitalib qüvvələrinin rəsmi nümayəndələrinə istinadən yaymışdır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, “Taliban”ın lideri molla Məhəmməd Ömərin imzası olan çeklərdən biri oktyabrın 16-da, ABŞ hərbi hava qüvvələrinin Əfqanıstanı bombalamağa başlamasından 9 gün sonra bankın Qəndəhar şöbəsinin əməkdaşlarına təqdim edilmişdir. Mollanın köməkçilərinin dollarla və Pakistan rupisi ilə aldıqları 5 milyon vəsait un kisəsinə doldurulub aparılmışdır. Noyabrın 12-də taliblərin başçıları bankın Kabildəki əsas ofisindən eynilə həmin yolla 6 milyon dollar götürmüşlər. Bankın digər şöbələrindən də onlarca milyon dollar aparılmış, əvəzində heç bir çek təqdim olunmamışdır.
Bankın meneceri Alla Həşmi demişdir: “Onlar şöbələrdəki bütün pulları yığışdırıb apardılar. Biz dəqiq məbləği göstərə də bilmirik. Onlar, sadəcə olaraq, gəlib heç bir çek və ya qəbz təqdim etmədən pulları götürdülər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]