MƏDƏNİYYƏT
TAMMETRAJLI BƏDİİ FİLM SSENARİSİ MÜSABİQƏSİNƏ 78 İŞ TƏQDİM OLUNMUŞDUR
Bakı, 27 aprel (AZƏRTAC). 2011-ci ildə istehsalı nəzərdə tutulmuş tammetrajlı bədii film ssenariləri müsabiqəsinin birinci turu başa çatmışdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, müsabiqəyə 78 bədii filmin ssenarisi təqdim edilmişdir. Müsabiqənin şərtlərinə uyğun olaraq II tura - ədəbi ssenarilərin yazılması mərhələsinə İlham Rəhimovun “Şərq xalçası”, Aqil Abbasın “Dolu”, Vidadi Həsənlinin “Çölçü”, Adil Ələkbərovun “Mənim zolaqlı dostum”, Leyla Əfəndiyevanın “Caz şəhəri”, Asif Rüstəmovun “Yüksək gərginlik altında”, Mənsur Yusifovun “Köhnə ev”, Rüstəm İbrahimbəyovun “Proses”, Əliağa Məmmədovun “Alagöz”, Yavər Rzayevin “Kəndirbazın şəhəri”, X.Abdullayevin, E.Alıyevin, N.Bədəlovun “Teatr meydanı” işləri buraxılmışdır.
Ədəbi ssenarilərin son təqdim olunma müddəti iyulun 31-də başa çatacaqdır.