Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Tanınmış gürcü yazıçısı “Azadlıq” romanından yazdı

Tanınmış gürcü yazıçısı “Azadlıq” romanından yazdı

Afaq Məsudun əsərləri gürcü dilində

Bakı, 19 iyul, AZƏRTAC

Ümumgürcüstan Rustaveli Cəmiyyətinin prezidenti, Qalaktion Tabidze mükafatı laureatı, tanınmış yazıçı-publisist David Şemokmedeli Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun Gürcüstanda işıq üzü görmüş “Azadlıq” kitabı haqqında məqalə yazıb.

AZƏRTAC Gürcüstanın ədəbiyyat qəzeti “Literaturuli Sakartvelo”da (“Ədəbi Gürcüstan”) dərc edilmiş məqaləni təqdim edir.

Gürcü ədəbiyyat aləmində əlamətdar hadisə baş verdi - oxucuya tanınmış Azərbaycan yazarı Afaq Məsudun “Azadlıq” kitabı təqdim edildi. Kitabda eyniadlı romanla yanaşı, yazıçının 11 hekayəsi də yer alıb. Sözügedən kitabın gürcü dilində nəşr edilməsi ilə böyük ədəbi irsə malik olan iki millətin - gürcü-Azərbaycan ədəbi əlaqələri yeni mərhələyə qədəm qoydu. Düşünürük ki, belə səmərəli ədəbi əlaqələr gələcəkdə də davam etdirilməlidir.

Kitabı Azərbaycan dilindən gürcü dilinə tanınmış Azərbaycan və gürcüdilli yazar İmir Məmmədli tərcümə edib. Elə buradaca onu da qeyd edim ki, İmir Məmmədli bizim göz bəbəyi kimi qoruduğumuz mənəvi incimiz olan Şota Rustavelinin “Pələngdərili cəngavər” poemasının Azərbaycan dilində olan orijinaldan tərcümənin müəllifidir. O, məmləkətimizin ali medalı - Dövlət Mükafatı Laureatı adına layiq görülmüşdür. İmir Məmmədlinin xeyli vaxtdır Azərbaycanda yaşayıb fəaliyyət göstərməsinə rəğmən, ustalıqla tərcümə edilən bu kitabın tərcümə dilində gürcü dilinin zənginliyi bütün çalarlarıyla gözə çarpır.

Kitabın ədəbi dəyərləri barədə söz açmamışdan öncə geniş oxucu ictimaiyyətini Afaq Məsudun tərcümeyi-halının bəzi ştrixləri ilə tanış etsək, düşünürəm, maraqlı olar: Xalq yazıçısı, Əməkdar incəsənət xadimi, Rusiyanın Pyotr Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq xanım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib; bir çox hekayə, roman, pyes və esseistik yazının müəllifidir. Yazıçının əsərləri dünyanın bir çox dilinə tərcümə edilib. Çox uğurlu orijinal yaradıcılıqdan əlavə intensiv tərcüməçilik fəaliyyəti ilə də məşğuldur. Həm Qərb, həm də Şərq ədəbiyyatından nümunələr tərcümə edib. O cümlədən sufi ədəbiyyatından etdiyi tərcümələri xüsusi qeyd etmək lazımdır. Yazıçının bir neçə pyesi səhnələşdirilib. Onun ssenariləri əsasında televiziya filmləri çəkilib. 2000-ci ildə Vyana Universitetində Afaq Məsudun əsərlərinin təhlili əsasında doktorluq dissertasiyası müdafiə edilib. Yazıçı teatr sənətinin inkişafına verdiyi töhfələrinə görə dəfələrlə TÜRKSOY medalı ilə təltif edilib. 2005-ci ildə Türkiyə Mədəniyyət Nazirliyinin, TÜRKSOY və Avrasiya Yazıçılar Birliyinin birgə təsis etdiyi “Beynəlxalq səhnə əsərləri müsabiqəsinin” qalibi olub, gürcü ədəbiyyatının tərcüməsinə və təbliğinə görə Gürcüstan Yazıçılar İttifaqı tərəfindən “Mədəniyyət elçisi” fəxri adına və digər mükafatlara layiq görülüb.

“Azadlıq” - son illər oxucunun ixtiyarına verilən çox əhəmiyyətli bir əsər, azadlığın həqiqi mahiyyətini çözən mürəkkəb, metaforik bir romandır. Digər tərəfdən onu, mübaliğəsiz, “psixoloji roman” da adlandırmaq olar. Yazıçının yazı manerasını “soyuq romantizm” üslubuna da aid etmək mümkündür. Əsər magik realizm elementləri ilə də zəngindir. Eyni zamanda, o passiv altşüurun gizli qatlarını ustalıqla açır. O altşüurun ki, hərəkətə gəlib oyanarkən, insanın düşüncəsində və həyatında taleyüklü, həlledici dəyişikliklərə səbəb ola bilir.

“Azadlıq”da həqiqi və karikatur diktaturanın bir-birinə qovuşduğu, anarxizmlə idarəçiliyin bir-birinə qarışdığı tipik postsovet dövləti obrazı təsvir olunur. Bu dövləti dünyanın istənilən dövləti ilə müqayisə etmək olar. İnsanda belə bir təəssürat yaranır ki, romanda cərəyan edən hadisələr Gürcüstanda da baş verib. Bu hiss beləcə, postsovet məkanının istənilən oxucusunda yarana bilər. O səbəbdən ki, əsərdə baş verənlər hər kəsə tanış və doğmadır.

Romanın qəhrəmanları çaşqınlıq içindədirlər, onlar gerçəkliyin harada bitib, yuxunun haradan başladığını ayırd edə bilmirlər, burada reallıqla irreallığın sərhədləri silinib. Həqiqi olanın kriteriyasını izah etmək, tarixboyu fəlsəfənin tədqiq etdiyi əbədi və mürəkkəb mövzulardandır. Axı nəyin gerçək, nəyin həqiqi olduğu, öz-özlüyündə, həqiqətən, mübahisəli məsələdir.

“Azadlıq nədir?” - romanın aparıcı xətti budur. Bəzi dinlərdə azadlığın mahiyyəti - haqqı, həqiqəti dərk etmək kimi izah edilir. Bibliya deyir: “Haqqı dərk et, haqq səni azad edəcək”. Azadlığın mahiyyətini dərk etmək cəhdi bütün zamanlarda dünya fəlsəfəsinin həll edə bilmədiyi başağrısına çevrilib. Bu mövzu ezoteriyanı da hər zaman narahat edib - Rudolf Ştaynerin “Azadlıq fəlsəfəsi” və sair...

“Azadlıq” romanının da personajları bu vəziyyətdədir, onlar həqiqətin mahiyyəti barədə düşünmürlər... Müstəqilliyini yenicə əldə etmiş ölkədə “azadlıq” deyilən məfhumun dərk olunmadığı səbəbindən, bəziləri bunu zorakılıq haqqı kimi başa düşür, əhalinin digər qismi üçün isə azadlıq - tam mənasız, istifadəsinə ehtiyac duyulmayan, gərəksiz bir şeydir. Gərəksiz azadlığın bariz nümunəsini Lev Tolstoy “Zühur” romanında çox gözəl verib - Nexlyudov qullarını azad edərkən, onlar narazılıqlarını gizlədə bilmir, sahiblərinə giley-güzar edirlər ki: “Nə oldu, axı? Sizə nə pisliyimiz dəyib?”

Afaq Məsudun romanında da baş qəhrəmanlardan birinin belə bir mövqeyi ilə rastlaşırıq: “...Xalqın həqiqi azadlığını, ölkənin həqiqi müstəqilliyini bərqərar etmək əvəzinə, azadlıq və müstəqillik uğrunda əbədi mübarizə ovqatı yaradırlar...”

Yazıçını narahat edən - təhrifedilmiş dövlət modelində “azadlıq” deyilən məfhumun düzgün dərk edilməməsi, bunun, anarxiya və özbaşınalıq kimi ifadə olunmasıdır ki, bu da öz növbəsində, bütövlükdə cəmiyyətin, mənəvi dəyərlərin tam iflasına - deqradasiyasına gətirib çıxarır. Belə bir ovqatın hökm sürdüyü dövlətin nevrotik fonunda reallıqdan kənarda, onun fövqündə baş verənlər təsvir olunur, roman bizi, eyni dərəcədə həm gerçək, həm də yuxu aləminin yolçusuna çevirir. Burada yuxular - personajları qaçılmaz təhlükədən, əvvəlcədən xəbərdar edən danılmaz fantomlardır. Bu, bizə, tanrıların qisasından canını necə qurtara biləcəyi barədə röyaların xəbərdarlığından faydalanan Bilqamisi xatırladır. Belə ki, romanın personajları yuxularında ayrı bir həyatın iştirakçısına çevrilirlər, uzun illər mürgüdə olan altşüurlar oyanır və fəal mərhələyə keçir...

Belə bir oyanış, romanla yanaşı, kitabda yer alan 11 hekayədə də izlənilir və oxucunun gizli şüuraltısının bir sıra oyanışlarına səbəb olur. Burada mətnləri səciyyələndirən başlıca xüsusiyyət - dərin psixologizmdir. Fikir üzdə deyil, alt qatlardadır, hermetikdir. Əksər hallarda, əsas fikir bədii rəmzlər vasitəsilə çatdırılır. Bunun bariz nümunəsi “Dovşanın ölümü” hekayəsidir. Hekayə kişi və qadın duyğularından, başqa sözlə desək, “İn”lə “Yan” arasında öləziyib sönmüş məhəbbətdən sonra yaranan soyuq münasibətdən bəhs edir.

“Ağ dovşan” sevgi simvoludur, kirpi isə tənhalığın harmoniya ilə əvəz olunmasının, qadın və kişi impulslarının qovuşmasının, personajlar arasında yaranan ali, romantik münasibətlərin rəmzidir. “Romeo və Cülyetta” “faciə” adlandırılsa da, nikbin sonluqla bitir, sonda sevgi ölmür, əksinə, qələbə çalır. “Dovşanın ölümü”ndə isə əsərin qəhrəmanları yazıçının bizə təqdim etdiyi amansız reallıqda yaşayır, həyatlarına davam edirlər. Lakin hər şeyin əsasını təşkil edən məhəbbət yoxdur, yəni “ağ dovşan” ölüb!

Afaq Məsudun digər hekayələri də buna bənzər psixoloji gedişlərlə, nüanslarla zəngindir və son dərəcə təsirlidir.

Yazıçının kəlamı dərin mənalı və dolğundur. Cərəyan edənlər yüksək bədii estetik vasitələrlə, incə çalarlarla səciyyələnir. Onlardan, yalnız bir neçəsini xatırlatmaq kifayətdir: “...İlk günlər pianonun dilləri üzərində, bataqlığın üstü ilə yeriyəntək ehtiyatla, barmaq-barmaq gəzinən Rəna bir neçə aydan sonra iri akkordlarla Motsartın “Rekviyem”ini çalmağa başladı...” (“Alman kilsəsi”), “Üzündə dərddən yoğurulmuş kədərli kölgələr sayrışırdı...” (“Dovşanın ölümü”), “Külək bir də cövlan edib, haradasa damda nəyisə kökündən qopartdı...” (“Qəza”) və sair. Belə misalları istənilən qədər gətirmək olar.

Haqqında danışdığımız romanda da bu sayaq maraqlı bədii elementlərlə rastlaşırıq: “...Mədəniyyət naziri - keçmiş aqronom violonçeli rəsmi qərarla, bir musiqi aləti kimi ləğv etdirdi: “Skripkadı, trambondu, cəhənnəm, yenə nəyəsə yarıyır, bu violonçel nəyə lazımdır axı?! Həmin yekə skripkadı, fərqi bir odur ki, ucunu yerə qoyub çalırsan”.

Yekun olaraq bildirməliyəm ki, son dərəcə əhəmiyyətli azərbaycanlı yazar Afaq Məsudun yaradıcılığı ilə tanış olan gürcü oxucusunu qarşıda olduqca maraqlı anlar, əlamətdar hadisələr gözləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH