MƏDƏNİYYƏT
Tanınmış pianoçu İsfar Sarabskiyə“Raymond weil”in Azərbaycandakı dostu” fəxri adı təqdim edilmişdir
Bakı, 10 iyul (AZƏRTAC). İyulun 10-da Yaxt Klubda Əməkdar Artist, pianoçu İsfar Sarabskiyə VMF şirkəti tərəfindən “Raymond weil”in Azərbaycandakı dostu” fəxri adının təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Raymond weil” məşhur İsveçrə saat markasına həsr olunmuş videomaterial nümayiş etdirilmişdir.
Bildirilmişdir ki, “Raymond weil” məşhur İsveçrə saat markasının 2000-ci ildən Azərbaycandakı rəsmi nümayəndəsi olan VMF şirkəti “Raymond weil-in dostu” şərəf siyahısına salınması üçün azərbaycanlı pianoçunun namizədliyini qürurla təqdim etmişdir. Bu təklif Azərbaycan musiqi sənətinə və onun istedadlı ifaçısına böyük hörmətlə qəbul olunmuşdur. Bu bir daha göstərmişdir ki, “Raymond weil” brendi dünya musiqi sənətinin ən layiqli və istedadlı gənclərini dünya ictimaiyyətinə təqdim etməyi özünün ən ali vəzifələrindən biri sayır.
Tədbirdə VMF şirkətinin baş direktoru Arzu Şahverdiyev tərəfindən “Raymond weil”in Azərbaycandakı dostu” fəxri adını təsdiq edən diplomu İsfar Sarabskiyə təqdim olunmuşdur.
“Raymond weil” şirkətinin bölgə satış meneceri xanım Veera Collomb-Patton isə musiqiçiyə şirkətin maestro kolleksiyasından saat bağışlamışdır.
İsfar Sarabskinin yaradıcılığından bəhs edən videomaterial təqdim olunmuşdur.
Sonda İsfar Sarabski tədbirə toplaşanları ifası ilə sevindirmişdir.