Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tanış olun – Rəs əl-Xeymə!

Bakı, 25 aprel, AZƏRTAC

Turistlər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeddi əmirliyindən biri olan Rəs əl-Xeymə Əmirliyini hələlik Dubay, yaxud Əbu-Dabi qədər tanımırlar. Amma ölkənin ən şimal regionunun çimərlik və fəal turizm sahəsində liderə çevrilmək üçün böyük iddiaları və istəyi vardır. Bu da səbəbsiz deyildir. Rəs əl-Xeymənin körfəz suları tərəfindən yuyulan təqribən 65 kilometr uzunluğunda sahil xətti günəş şüaları altında bərq vuran qumsal sahilləri ilə şöhrət qazanıb. Ölkə ərazisinin təqribən yarısını əzəmətli dağlar tutur. Əlqərəz, macəraaxtaranlar üçün ideal yerdir.

Rəs əl-Xeyməyə yollanarkən elə bir xüsusi xəyal qurmurduq. Amma burada dünya səviyyəli əyləncə imkanlarını görəndə təəccübləndik. “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş ziplayn, BƏƏ-də ən böyük akvapark məhz Rəs əl-Xeymədə yerləşir.

Yol, irs və mərcandan inşa edilmiş məscid 

Heç şübhəsiz ki, Rəs əl-Xeymədə aeroport var, amma Bakıdan ora təyyarələr uçmur. Buna görə də Azərbaycandan BƏƏ-yə uçuşun ən adi və rahat üsulundan istifadə etdik - “flydubai” aviaşirkətinin Dubay istiqamətində reyslərindən faydalandıq. Bakıdan günorta saat 12:00-da çıxdıq, saat 15:00-da artıq Dubay aeroportunun girişində dayanmışdıq və buradan Rəs əl-Xeyməyə necə gedəcəyimizi düşünürdük. Bu iki əmirlik bir-birindən təqribən 65 kilometr məsafədə yerləşir və həmin məsafəni qət etmək üçün bir neçə variant var. 

Dubaydan Rəs-əl-Xeyməyə ən sürətli nəqliyyat vasitəsi (1-1,5 saat) taksidir. Amma bu üçün 154-200 dirhəminizdən (40-55 dollar) keçməli olacaqsınız. Bəzi məlumata görə, Dubay aeroportundan şəhərlərarası avtobuslar hərəkət edir. Etiraf edim ki, biz nə belə avtobuslara rast gəldik, nə də onların hərəkət cədvəlinin izini-tozunu gördük. Aeroportun çıxışının yaxınlığında bir avtobus dayanmışdı. Məlum oldu ki, o da Şarcəyə gedir. Avtobusun sürücüsü bizə məsləhət gördü ki, Şarcə avtovağzalına gedək və orada Rəs əl-Xeyməyə gedən avtobusa oturaq. Həmişə yolun çətinini seçən təcrübəli səyyahlar kimi biz də bu təklifdən faydalandıq və bundan peşman olmadıq.

Şarcənin mərkəzi vağzalına yolumuz heç yarım saat çəkmədi (15 dirhəm, 4 dollar). Sonra Rəs əl-Xeyməyə gedən avtobusa oturduq (25 dirhəm, 7 dollar). Yolumuzun təqribən 80 kilometr uzunluğunda ikinci hissəsi təqribən 2 saat çəkdi. Rəs əl-Xeymə avtovağzalında taksiyə oturub otelə gəldik.

Nə demək olar? Dubay ilə, hətta elə həmin Şarcə ilə təzad çox aydın görünür. Rəs əl-Xeymədə uca binalar çox azdır, yollarda tıxaclar yoxdur və əhalinin sıxlığı da çox deyil (təqribən 241 min nəfər). Yerli landşaftda qum rəngli ənənəvi tikililər üstünlük təşkil edir. Onların arasında xırdalanmış mərcandan, yaxud daşla qarışdırılmış mərcandan inşa edilmiş tarixi tikililərin sayı az deyildir. Əmirliyin bəxtinə dənizin sahilində yerləşmək səadəti nəsib olub, yerli sakinlər də onun nemətlərindən istifadə etməyi çoxdan öyrəniblər. Vaxtilə Rəs əl-Xeymə sakinlərinin başlıca məşğuliyyəti mirvariçıxarma və balıqçılıq olub. Balıqçılıq hələ də ən geniş yayılmış məşğuliyyət növüdür. Əmirliyin eyniadlı paytaxtının mərkəzində balıq bazarı yerləşir. Hər gün burada dəniz məhsullarının qızğın alveri gedir.

Rəs əl-Xeymənin bütün əsas görməli məkanları yaxınlıqda - Köhnə şəhərdə cəmləşib. Rəs əl-Xeymə ilə tanışlığa burada yerləşən Milli Muzeydən başlamaq lazımdır. Təəssüf ki, buna vaxtımız yox idi. Onu deyə bilərəm ki, 1987-ci ildən fəaliyyət göstərən muzey qədim qalanın ərazisində yerləşir. 1809-1819-cu illərə aid bu qala britaniyalı işğalçılardan müdafiə olunmaq üçün inşa edilib və sonralar Rəs əl-Xeymənin hakim ailəsinin iqamətgahına çevrilib. Muzeyin eksponatları Əmirliyin və bütövlükdə regionun təqribən 7 min illik dövrü əhatə edən tarixini, ənənələrini və mədəniyyətini əks etdirir.

Muzeyin yanında qədim Məhəmməd bin Səlim məscidi yerləşir. BƏƏ-də bizim günlərə gəlib çıxmış ənənəvi məscidlərin ən böyüyü olan bu məscid XVIII əsrdə özündən daha qədim tikilinin təməli üzərində inşa edilib. Bu yaxınlarda bərpa olunan məscid sonrakı konstruksiya əlavələrindən və tamamlama işlərindən təmizlənərək əvvəlki görkəminə qayıdıb. Hörgüsünə diqqətlə baxanda, binanın mərcan daşından və sahil süxurundan inşa olunduğu aydın görünür.

Ümumiyyətlə, Rəs əl-Xeymə maraqlı arxeoloji irsi ilə fəxr edə bilər. Onun bütün ərazisi boyunca səpələnmiş on səkkiz tarixi qalanın, qəsrin və qüllənin qalıqları bu əmirliyin kəşməkəşli tarixinin diqqətəlayiq olduğunu göstərir.

Ancaq biz dağlara yollanmalıyıq. Burada bizi dünyada ən uzun ziplaynda gəzinti gözləyir.

Cəbəl Ceys, Puerto-Riko və keçilər səltənəti

BƏƏ-nin 2478 kvadratkilometr ərazidə yerləşən və böyüklüyünə görə dördüncü olan Rəs əl-Xeymə Əmirliyinin əsas sərvətindən biri onun qumsal çimərliklərlə manqra meşələrini, səhra barxanları ilə mənzərəli dağları özündə cəmləyən təbii landşaftlarının müxtəlifliyidir. BƏƏ-nin ən uca dağ zirvəsi Cəbəl Ceys məhz Rəs əl-Xeymə ərazisindədir. Dəniz səviyyəsindən 1934 metr yüksəklikdə yerləşən Cəbəl Ceys əzəmətli Həcər sıra dağlarının bir hissəsidir.

Yetmiş milyon il əvvəl formalaşmış dağlar Rəs əl-Xeymə ərazisinin yarısından çoxunu tutur. Bu dağlar sadəcə milli sərvət deyildir, həm də neftdən heç də əhəmiyyətsiz olmayan gəlir mənbəyidir. Dağlar sayəsində burada keramika məmulatı və sement istehsalı üzrə müəssisələr uğurla fəaliyyət göstərir. Yerli karxanalardan olan qaya parçaları qonşu əmirliklərə göndərilir. Deyilənə görə, Dubayın və Əbu-Dabinin süni adaları əsasən Rəs əl-Xeymədən gətirilən dağ süxurlarından yaradılıb.

Cəbəl Ceys dağının ətəklərindən az qala zirvəsinə qədər 30 kilometr uzunluğunda avtomobil yolu gedir. Cəmi üç-dörd il əvvəl çəkilən bu yol son dərəcə hamardır. Burada, dəniz səviyyəsindən 1680 metr yüksəklikdə çox maraqlı attraksion - "Ginnesin Rekordlar Kitabı"nın sertifikatına malik olan ziplayn yerləşir. Dünyanın ən uzun ziplaynı sıldırımlı dərin dağ dərəsinin üzərindən çəkilib. Bizim yolumuz da elə oradır.

Yol serpantini dik qayalar arasından dövrəvarı marşrut üzrə çəkilib. Qayaların zamanın təsirindən sanki didik-didik olmuş yamaclarını qədim süxurların əcaib naxışları bəzəyir. Magistral yol geniş və ikitərəfli olduğu üçün istənilən vaxt dayanmaq, maşından çıxıb heyrətamiz dağ mənzərələrinin seyrinə dalmaq olar. Bu yoldan keçənlərin çoxu əzəmətli qayaların və dibi görünməyən dərələrin fonunda şəkil çəkdirmək fürsətini əldən vermir.

Yolda bəzən qayaların ətəklərinə yapışıb qalmış birmərtəbəli tənha tikililər gözə dəyir. Bunlar doğma yerlərini tərk edib şəhərə köçmək istəməyən yerli sakinlərin evləridir. Amma meqapolislərdə məskunlaşanların çoxu da bəzən şəhər həyatın vurnuxmasından uzaqda dincəlmək üçün burada yay iqamətgahları inşa edir. Şübhəsiz ki, bu evlərdə hər cür rahatlıq yaradılıb, çoxunun qarşısında bostanlar və mal-qara üçün ağıllar görünür. Bu yerlərdə çox vaxt keçi saxlayırlar. Hara baxırsan, keçi görürsən. Özü də təkcə ağıllarda deyil, lap yuxarılarda, dik qayaların üstündə də. Hiss olunur ki, bunlar ev keçiləridir. Vaxtilə insanlardan qaçıblar və indi də özləri üçün azad və asudə yaşayırlar. Maraqlıdır, bəs nə ilə qidalanırlar? Axı ətrafda ot-ələf gözə dəymir.

Qırx dəqiqə çəkən yoldan sonra "Toroverde" şirkətinin ofisinə yaxınlaşırıq. Puerto-Rikodan olan şirkət ziplaynı və Cəbəl Ceysdə digər əyləncə yerlərini idarə edir. Qeyd edək ki, "Toroverde" Puerto-Rikoda Karib hövzəsində, Şimali və Cənubi Amerikada ən böyük əyləncə parkını yaradıb. Ekstremal əyləncələr sahəsində çox böyük təcrübəsinə görə bu şirkəti Rəs əl-Xeyməyə dəvət ediblər. "Toroverde"nin heyəti başdan-ayağa puerto-rikolulardır. Buna görə də hər yerdə ispanca danışıqlar eşidilir.

Qeyd edək ki, ziplaynda gəzintini "toroverdeuae.com" veb-saytında qabaqcadan sifariş etmək lazımdır. Gəzintinin qiyməti 650 dirhəm, yaxud 176 dollardır. Artıq yerində sizdən təhlükəsizlik qaydaları ilə tanış olmağınız barədə qəbz götürəcəklər və lazımi ləvazimatla təchiz edəcəklər. Təcrübəsiz adam bu jiletlərin, sığorta burazlarının, qoruyucu halqaların və dəbilqələrin təyinatı üzərində baş sındırmalı olmayacaq. Əgər öz uçuşunuzu ekş-kameraya çəkmək istəyirsinizsə, onda əlavə 100 dirhəmə (27 dollar) kamera icarəyə götürüb, onu dəbilqənizə bərkidə bilərsiniz.

Sonda sizə içərisində tam təchizat olan arxa çantası verib avtobusa oturdurlar və start platformasına yollayırlar. Arxa çantasının rolu burada aydın olur: çantanın içərisindən qamaka bənzəyən bir əşya çıxarıb onu qabaq tərəfdən önlük kimi bədəninizə bərkidirlər, bel tərəfdən isə qarmaqlarla buraza ilişdirirlər. Yəni siz möhkəm polad burazdan asılan qamakabənzər əşya üzərində qarnı üstə uzanırsınız və sizi bu vəziyyətdə uçuruma doğru itələyirlər.

Buraz bir qədər üzüaşağı çəkilib. Buna görə də "qamak" tez sürət götürür. Budur artıq siz tərpənmək imkanı olmadan saatda 120-150 kilometr sürətlə “uçursunuz”. Yuxarıda polad buraz cingildəyir, aşağıda isə daş uçurum sürətlə ötüb keçir, qarşınızda isə qeyri-müəyyənlik var. Açığı, bu əyləncə əsəbləri zəif olan adamlar üçün deyildir.

İlişib qalmış ziplayn və pinqvinli akvapark

Sürətli “uçuşdan” bir-iki dəqiqə sonra sürət yavaş-yavaş azalır, rəvan dayanma üçün buraz tədricən üfüqi vəziyyət alır. Başımı çətinliklə qaldırıram, uzaqda insanların dayandığı asma platforma görürəm. Deməli, macəranın birinci hissəsi başa çatır və bir balaca nəfəs ala bilərəm. Amma sən saydığını say, gör fələk nə sayır. Mənim qamakım nədənsə yarı yolda dayanır və bu azmış kimi, geriyə diyirlənməyə başlayır. Bir balaca həyəcanlanıram. Görəsən, belə olmalıdır, yoxsa bir problem var. Bəlkə bir kilometr dərinliyində uçurumun üzərində ilişib qalmışam. Bəs məni necə xilas edəcəklər. 

Xoşbəxtlikdən, bir neçə dəqiqə sonra vəziyyət düzəldi. Təlimatçı asılı vəziyyətdə olduğum burazın yanına gəldi və əli ilə məni platformaya sarı sürüməyə başladı. Az qala 10 dəqiqə məni beləcə daşıdı. Sadəcə arada dincini almaq üçün dayanırdı. Bu müddət ərzində məni narahat edən “Keçilər dağlarda nə ilə qidalanır” sualına cavab tapmağa macalım oldu. Tək-tük bitən yaşılımtıl-boz rəngli bitki örtüyü və onun ətrafında otlayan qara keçilər asılı vəziyyətdə olduğum yüksəklikdən yaxşı görünürdü.

Nəhayət, gəlib platformaya çatdıq. Burada məni burazdan ayırdılar və mən, nəhayət, şaquli vəziyyət ala bildim. Sən demə, burazda ilişib qalmaq adi haldır və küləyin gücündən, insanın çəkisindən və digər amillərdən asılıdır. Doğrudur, biz orda olduğumuz müddətdə məndən başqa heç kəs bu problemlə üzləşmədi. Amma macəramız hələ bitməmişdi. Biz dəniz səviyyəsindən 53 metr yüksəkdə 9,5 tonluq asma platformanın üstündə dayanmışdıq və yerə enmək üçün ziplaynda daha bir yol qət etməli idik. Budəfəki uçuşumuz oturaq vəziyyətdə keçdi. Müvazinətimizi saxlamaq üçün gərilmək lazım gəlirdi. Külək “qamakı” yırğalayaraq, mənim onsuz da mütərəddid vəziyyətimi çətinləşdirirdi. Nəhayət, ikinci xətt bizi sağ-salamat yerə çatdırdı.

Əlbəttə, belə sınaqdan sonra təəssüratları saysan, bitməz. Əslində, Cəbəl Ceysdə ziplayn zamanın sınağından keçmiş təhlükəsiz əyləncədir və burada sürüşmək istəyənlərin sayı çoxdur. Biz ziplaynda gəncləri də, orta yaşlı insanları da, hətta 60 yaşlı qadın da gördük. Ancaq belə bir təcrübəni bir daha təkrarlamaq istəməzdim. Bir dəfə mənə kifayət etdi.

Xüsusən də ona görə ki, Rəs əl-Xeymədə bundan heç də az maraqlı olmayan başqa əyləncələr var. Məsələn, şəhərin hüdudlarından kənarda, dənizin düz qırağında 110.000 kvadratmetrdən çox ərazidə BƏƏ-də ən iri “Ice Land” akvaparkı yerləşir. “Buzlaq dövrü” adlanan və “Arktika” üslubunda yaradılan park öz adını doğruldur. Hər yerdə aysberqlərin maketləri qoyulub. Onların üstündə təbii boyu bərabərində kral pinqvinləri gözə dəyir.

Akvaparkın ərazisində mürəkkəblik dərəcəsi müxtəlif olan 30-dan çox təpəcik, süni dalğaları olan böyük hovuz, Olimpiya hovuzu, uşaqlar üçün ayrıca zona, voleybol və basketbol meydançaları var. Burada 200 metr uzunluğunda özəl çimərlik də yerləşir. Bu çimərlikdə günəş vannası qəbul etmək və yerli bardan gətirilmiş sərinləşdirici içkilər içmək olar.

Rəs əl-Xeymə akvaparkı təkcə geniş vüsəti və müasir tərtibatı ilə deyil, həm də hər bir zövqə uyğun müxtəlif əyləncə növləri ilə təəccübləndirdi. Adrenalini ən çox artıran 33 metr hündürlüyündə təpəciyin profilaktika işlərinə dayandırılmasına baxmayaraq, biz parkda sözün həqiqi mənasında qanı coşduran başqa attraksionlar tapdıq. ”Ice Berg Rally”, “Nurricane” və “Thunderstorm” attraksionları xüsusilə yaddaqalan oldu.

Süni mərcan rifləri yaradılmış hovuzu xüsusi qeyd etmək istəyirəm. İndiyəcən getdiyimiz çoxsaylı akvaparklarda belə bir hovuz görməmişdik. Burada hər kəs özünü dalğıc hiss edə bilər. Beşmetrlik tramplindən suya tullanmaq olar. Nəhəng günbəzdən ibarət olan “Rain” zonası ayrıca söhbətin mövzusudur. Günbəzdən isti tropik leysan yağır. Leysanın altında qaçmaq və tullanmaq olar. Bu fonda çəkilən şəkillər mükəmməl alınır!

Ən başlıcası isə akvaparkda müsafirlərin rahatlığı üçün hava ilə doldurulmuş halqalar və döşəkləri təpəciklərin təpəsinə çatdırma xidməti tətbiq edilib. İnanın ki, bu xırda iş deyildir və çox lazımlı xidmətdir. Başqa akvaparklarda müsafirlər bu halqaları təpəciklərə özləri qaldırmalı olurlar. Burada isə həmin işi elektron qaldırıcı mexanizmlər görür.

Doyunca əyləndikdən sonra biz akvaparkın ərazisində “Quick Bite” kafesinə baş çəkdik. Bizi burada da sürpriz gözləyirdi. Əsl odun sobasında hazırlanmış pitsa, ləzzətli spagetti yedik. Onların qiyməti BƏƏ-nin istənilən orta səviyyəli kafesinin qiymətlərindən aşağı idi.

Biz birmənalı şəkildə sizə “İce Land” akvaparkına getməyi tövsiyə edirik. Hətta əgər Rəs əl-Xeymədə deyil, başqa əmirliklərdə dincəlsəniz belə, bu akvaparka getməyiniz məsləhətdir. Dubaydan maşınla bura bir saata gəlmək olar. Əgər bir neçə nəfərsinizsə, atışmaq olar, onda gediş haqqı avtobusun gediş haqqından çox olmayacaq. Akvaparka giriş uşaqlar üçün 75 dirhəm (20 dollar), böyüklər üçün 90 dirhəmdir (25 dollar). Bu da Dubayın hər hansı digər akvaparkından iki dəfə ucuz qiymətdir.

Son söz yerinə

Rəs əl-Xeymədə keçirdiyimiz iki gün onun bütün görməli yerlərini görməyə kifayət etmədi. Axı çimərliklərdə dincəlmək, qədim qalalara tamaşa etmək, dəvə belində gəzmək, bədəvilər düşərgəsinə getmək və nəhayət, sadəcə, ticarət mərkəzlərində və koloritli bazarlarda gəzişmək istəyirdik. Eybi yox, gələn dəfəyə qalsın. “Rəs əl-Xeymə” bəndinin qarşısına yağlı bir “quş” işarəsi qoyuruq ki, tezliklə bura qayıdaq, özü də bir dəfə deyil!

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır