Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Tariximizin əsrə bərabər 44 günü

Tariximizin əsrə bərabər 44 günü

Bakı, 27 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilmiş Anım Günü, eyni zamanda, Böyük Zəfərin başlanğıcıdır.

Bununla bağlı AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “Tariximizin əsrə bərabər 44 günü” məqaləsini təqdim edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun ərazilərimizi təcavüzkar Ermənistanın işğalından azad etməsi uğrunda müharibəyə başlamasından və millətimizin həyatını dəyişən Böyük Zəfərdən iki il ötür. Müharibənin başlanma səbəbləri nədən ibarət idi? Müharibənin xarakteri necə idi? Azərbaycan Ordusunun qəhrəmanlıq dastanı millətə, türk dünyasına və dünyaya necə nümunə göstərdi? Müharibənin gedişində şəxsiyyət amili hansı rolu oynayıb, siyasi-diplomatik mübarizə və informasiya savaşı necə aparılıb? İşğalçı Ermənistan hansı müharibə cinayətlərini törədib? Hansı səbəblər bizi qələbəyə gətirdi? Zəfərin tarixi əhəmiyyəti nədən ibarətdir? Qazanılan qələbədən və müharibənin başlanmasından ötən iki ilin təcrübəsindən hansı ibrət dərslərini almaq olar?

Vətən müharibəsinin səbəbləri

Azərbaycan dövlətinin 30 il işğal altında qalan ərazilərini işğaldan azad etmək uğrunda 2020-ci il sentyabrın 27-də müharibəyə başlamasının bir sıra səbəbləri var idi. Məlum olduğu kimi, münaqişənin dinc siyasi vasitələrlə tənzimlənməsindən, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsindən boyun qaçıran, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı həyata keçirən təcavüzkar Ermənistan ötən illər ərzində işğalı “oldu-bitdi” kimi qələmə verməkdən, unutdurmaqdan və diqqəti yayındırmaqdan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələri cəlb etməkdən, Azərbaycanın Qərbə açılan neft-qaz, nəqliyyat-kommunikasiya sistemlərinin qarşısını kəsməkdən ötrü 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində sərhəddə təxribatlar törətdi. Beynəlxalq hüquq normalarının kobud surətdə pozulması olan bu hərəkətlər işğalçı ölkənin müdafiə nazirinin yeni ərazilər tutmaq barədə əvvəlki illərdə səsləndirdiyi militarist fikirlərin həyata keçirilməsi cəhdi idi. Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatın qarşısı alındı və düşmən geri oturduldu. Bundan nəticə çıxarmayan Ermənistanın yeni ərazilər işğal etmək məqsədilə təmas xəttində törətdiyi təxribatlar nəticəsində dinc insanlar öldürüldü və mülki obyektlərə ziyan dəydi. Düşmən ölkə 2020-ci ilin avqust ayında növbəti hərbi təxribata əl atdı, Azərbaycana diversiya qrupu göndərdi. Sentyabrın 27-də səhər saatlarında isə bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqeləri atəşə tutdu. Bütün bunların qarşılığında Azərbaycan tərəfi zəruri tədbirlər görməyə məcbur oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında düşmənə qətiyyətli cavab vermək və işğal altındakı torpaqları azad etmək uğrunda müharibəyə başlamaq barədə qərar qəbul edildi. Dövlətimizin başçısı həmin gün xalqa müraciət edərək yaranmış şəraiti izah etdi və qəbul olunan qərarı çatdırdı, Azərbaycanın işinin haqq olduğunu və qələbə qazanacağını bildirdi. Prezidentin Fərmanı ilə ölkədə hərbi vəziyyət elan edildi. Hərbi əməliyyatlara başlanıldı. Müharibə üçün bütün məsuliyyət problemi dinc yollarla tənzimləməkdən boyun qaçıran və hərbi avantüralara əl atan təcavüzkar Ermənistanın üzərinə düşürdü.

Müharibənin xarakteri

Müharibə Azərbaycan tərəfindən xarakterinə görə ədalətli, təcavüzkar Ermənistanın işğalı altında uzun illər boyu saxlanılan, dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi idi. Ermənistan tərəfindən müharibə ədalətsiz və işğalçılıq müharibəsi idi. Çünki Ermənistan özünə aid olmayan əraziləri işğal etmiş, zorla əlində saxlamış və münaqişənin dinc siyasi vasitələrlə həllindən boyun qaçırmışdı.

Yaralılara qayğı

Müharibə hərb tarixinə iki başlıca məsələ ilə həkk olundu. Birincisi, dünya hərb tarixinin təcrübəsi göstərir ki, bəlkə də ilk dəfə olaraq hücuma keçən ordu düşməndən az itki verdi. İkincisi, dünya ölkələrinin hərb tarixi göstərir ki, dövlət rəhbərləri bir qayda olaraq hərbi əməliyyatların gedişində yaralanan hərbçilərə dərhal baş çəkmirlər, diqqəti başlıca olaraq cəbhəyə yönəldərlər, yaralılarla sırf müvafiq qurumlar məşğul olur. Azərbaycanda isə bunların hər ikisi paralel aparıldı. Döyüşlər zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan hərbçilərə dövlət xüsusi qayğı göstərdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mərkəzi Hərbi Klinik Hospitalda hərbçilərə baş çəkərək vəziyyətləri ilə yaxından tanış oldular. Bu addım göstərdi ki, hər bir əsgər və zabitin sağlamlığı dövlət üçün xüsusi əhəmiyyət daşıyır. Görüşdə çıxış edən dövlətimizin başçısı Azərbaycan vətəndaşlarının yüksək milli vətənpərvərlik ruhundan, döyüşlərin gedişindən, dövlətin şəhid ailələrinə və qazilərə diqqət və qayğısından bəhs etdi, işğalçı Ermənistanın siyasətinin iç üzünü açdı, düşmənin əziləcəyini bildirdi. Bir çox yaralı hərbçinin sağaldıqdan sonra cəbhəyə getmək istəyini söyləməsi Azərbaycan əsgər və zabitinin döyüş ruhunun yüksək olduğunu göstərdi.

Ermənistanın və Azərbaycanın müharibə siyasəti

Müharibə siyasətin başqa vasitələrlə davamı olsa da, dünya hərb tarixində bəlli bir müharibə siyasəti də var. Hərbi əməliyyatların gedişi Ermənistanın və Azərbaycanın müharibə siyasətinin bir-birindən köklü şəkildə fərqləndiyini göstərdi. Döyüş meydanında məğlub olan işğalçı ölkənin əvvəlki illərdə azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz qəsəbəsini, Goranboy, Tərtər, Ağdam rayonlarını, Mingəçevir, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Gəncə və Şəmkir rayonunun ərazisini raket atəşinə tutması işğalçı ölkənin müharibənin aparılmasına dair beynəlxalq konvensiyaları kobud surətdə pozduğunu və müharibə cinayətləri törətdiyini göstərdi. Belə hərəkət təkcə müharibə cinayəti deyil, eyni zamanda, erməni ünsürünün mənəvi-psixoloji çürüklüyünü təsdiq edirdi. Ermənistan ordusunda fərarilik artdı. Küçələrdən zorla yığılaraq özlərinə aid olmayan torpaqlara göndərilən ermənilər qorxularından döyüşə girmirdilər.

Ermənistanın törətdiyi ağır müharibə cinayətlərinə baxmayaraq, torpaqlarını işğaldan azad etmək uğrunda döyüşən Azərbaycan heç bir mülki obyekti və dinc insanları hədəfə almadı. Bu barədə dövlətimizin başçısı İlham Əliyev dəfələrlə bəyan etdi. Birinci vitse-prezident Mehriban Əliyeva “biz onlara bənzəməyəcəyik” dedi. Azərbaycan Ordusundan bir nəfər də olsun yayınan olmadı. Əksinə, insanların çağırış məntəqələrinə axın-axın gələrək cəbhəyə getmək üçün müraciət etməsi düşmənə ümumi nifrəti, torpaqların işğaldan azad edilməsində birliyi nümayiş etdirirdi.

Müharibənin gedişində siyasi-diplomatik mübarizə, informasiya savaşı və şəxsiyyət amili

Hərbi əməliyyatların aparılmasında, amansız siyasi-diplomatik mübarizədə və informasiya savaşında Prezident İlham Əliyevin qüdrətli şəxsiyyəti, qətiyyətli siyasi iradəsi, yüksək dövlət idarəçilik və böyük sərkərdəlik məharəti, üstün diplomatiyası tarixi rol oynadı. Həm müharibəyə qədər, həm də onun gedişində uğurla həyata keçirilən xarici siyasət, ustalıqla yaradılan və ya istifadə edilən əlverişli beynəlxalq şərait təsirini göstərdi. Hərbi əməliyyatların gedişində Türkiyə, Pakistan, Əfqanıstan, İsrail Azərbaycan Respublikasının beynəlxalq hüquq normalarına uyğun olan haqq işini müdafiə etdilər, torpaqlarının işğaldan azad edilməsinə və ərazi bütövlüyünün bərpasına tərəfdar çıxdılar. Belə mövqe təkcə qardaşlıq, dostluq hisslərindən deyil, eyni zamanda, beynəlxalq hüquq normalarına dərin hörmətdən irəli gəlirdi. Bu işdə Türkiyə müstəsna rol oynadı. Prezident Rəcəb Tayyib Ərdoğanın “üçüncü dövlət müdaxilə edəcəksə, Türkiyə də müdaxilə edəcəkdir” xəbərdarlığı bir sıra dövlətləri çəkindirdi. Bununla Türkiyə işğalçı ölkəni müdafiə edən dövlətlərə də dərs verdi. Ermənistanın törətdiyi müharibə cinayətlərinin Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələrinə olduğu kimi çatdırılmasından ötrü Müdafiə Nazirliyində bir neçə dəfə brifinq təşkil edildi. Düşmən ölkənin beynəlxalq konvensiyaları pozaraq mülki əhalini və obyektləri vurması foto və video sənədlərlə diplomatik korpusun təmsilçilərinə təqdim olundu.

Bir-birinin ardınca məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan haqqında yalan informasiyalar yaymaqda davam edirdi. İşğalçılıq siyasətini ört-basdır etmək üçün müharibənin guya xristian dininə qarşı aparılmasına və uydurma “erməni soyqırımı”nın həyata keçiriləcəyinə dair Ermənistanın yalanları müxtəlif dinlərin nümayəndələrinin, məscidlərin, kilsələrin və sinaqoqların yanaşı və bərabər şəkildə fəaliyyət göstərdiyi, Bakıda erməni kilsəsinin saxlanıldığı, ermənilərin yaşadığı Azərbaycan tərəfindən ustalıqla iflasa uğradıldı. İki yüz ildən bəri aparılan uydurma erməni təbliğatına öldürücü zərbə vuruldu. Bu işdə Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti tarixi rol oynadı.

İşğalçı ölkənin müxtəlif dövlətlərin vasitəsilə Azərbaycana təzyiq etmək cəhdləri də bir nəticə vermədi. Hərbi əməliyyatların dayandırılması barədə təzyiqlərə məhəl qoymayan Azərbaycan rəhbəri işğal altındakı torpaqların azad edilməsinə dair qəti iradəsini bir daha bəyan etdi.

Prezident İlham Əliyev “Əl-Cəzirə”, Türkiyənin “TRT Haber”, “CNN Türk”, “A Haber”, “Haber Global”, Rusiyanın “Pervıy Kanal” televiziya kanallarına, “İnterfaks” agentliyinə, “CNN International”, Rusiyanın RBK, ABŞ-ın “Fox News” televiziya kanalına, Rusiyanın TASS agentliyinə, Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibələrində Ermənistanın siyasəti və törətdiyi müharibə cinayətlərinə, Azərbaycan dövlətinin məqsədlərinə, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə və başqa məsələlərə aydınlıq gətirdi. Həmin müsahibələr Azərbaycanın apardığı hərbi əməliyyatların məqsədinin və işğalçı Ermənistanın siyasətinin xarici ölkələrdə dərk edilməsində xüsusi rol oynadı, beynəlxalq ictimaiyyətə və bir sıra dövlətlərin mövqeyinə təsir göstərdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə döyüşlərin aparılması, yaranmış şərait və qarşıda dayanan vəzifələrin müfəssəl müzakirə edilməsi və konkret tapşırıqlar verməsi ölkə rəhbərinin qüdrətli sərkərdəlik məharətini göstərdi.

Azərbaycan Ordusunun sıldırım qayalardan, dağlardan və meşələrdən keçərək əlbəyaxa döyüşlərdə noyabrın 8-də Şuşa şəhərini işğalçılardan azad etməsi Ermənistanın diz çökməsi oldu. Hərbi əməliyyatların gedişində Azərbaycan Ordusu bir dəfə də olsun geri çəkilmədi.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Üçtərəfli Bəyanat imzaladı. Sənəddə hərbi əməliyyatların dayandırılması, əsirlərin qaytarılması, kommunikasiyaların açılması, Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi, erməni qoşunlarının çıxarılması, Naxçıvana gedən yolların tikintisi və başqa məsələlər əksini tapmışdı. Naxçıvana gedən yolun yaradılması məsələsinin bəyanata daxil edilməsi Prezident İlham Əliyevin müstəsna tarixi xidmətlərindən biridir.

İmzalandıqdan sonra Azərbaycan xalqına müraciət edən Prezident sənədin mahiyyətini izah etdi. Ümumiyyətlə, hərbi əməliyyatların gedişində dövlətimizin başçısının xalqa belə tez-tez müraciət etməsi dünya ölkələrinin dövlətçilik tarixində nadir rast gəlinən hadisə idi. Üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam şəhərindən işğalçı Ermənistan silahlı qüvvələri çıxarıldı. Azərbaycan şəhid vermədən və bir güllə atmadan rayonu azad etdi. Bəyanatda noyabrın 15-də Kəlbəcər rayonundan işğalçı qüvvələrin çıxarılması nəzərdə tutulsa da, Ermənistan əlavə olaraq 10 gün vaxt istədi. Bu müddət ərzində işğalçı ölkə yaşayış evlərini, məktəbləri və tibb məntəqələrini yandırdı, meşələri vəhşicəsinə qıraraq taladı. Noyabrın 25-də düşmən qüvvələri Kəlbəcərdən, dekabrın 1-də isə Laçın rayonundan çıxarıldı. İşğalçının Ağdam, Kəlbəcər və Laçından döyüşsüz çıxması bir daha təsdiq etdi ki, böyük sərkərdələr təkcə hərb meydanında deyil, eyni zamanda, döyüşmədən qarşılarına qoyduqları məqsədə çatırlar. Prezident İlham Əliyev məhz belə görkəmli sərkərdə olduğunu bütün dünyaya göstərdi.

Zəfər paradı

Qələbə münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etmələri və nitq söyləmələri birliyimizi bir daha nümayiş etdirdi. Paradda Azərbaycan Ordusunun qoşun hissələri, eyni zamanda, Türkiyə əsgərləri iştirak etdilər. Düşmən üzərində qələbə qazanılmasında istifadə edilmiş silah və texnikanın, eyni zamanda, cəbbəxanada olan ən müasir silahların, həmçinin işğalçı Ermənistandan hərbi qənimət olaraq ələ keçirilmiş silah və texnikanın nümayiş etdirilməsi Azərbaycanın hərbi gücünü göstərdi.

Qələbənin başlıca səbəbləri və tarixi əhəmiyyəti

Qələbənin qazanılmasının başlıca səbəbləri güclü dövlət, iqtisadiyyat, qüdrətli ordu, xalq və iqtidar birliyi, yüksək milli-mənəvi ruh, səmərəli dövlət idarəçiliyi, uğurlu xarici siyasət, təsirli informasiya siyasəti və s. oldu. Bütün millət düşmənə qarşı tək ürək və dəmir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Arxa cəbhə və ön cəbhənin sıx birliyi təmin edildi. Azərbaycan və dünya üçün böyük tarixi əhəmiyyət daşıyan qələbənin memarı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oldu. Bu qələbənin qazanılması ilə hər şeydən əvvəl, Azərbaycan dövləti işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdi, erməni faşizminin və neonasizminin belini qıraraq iç üzünü açdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini təkbaşına yerinə yetirdi. Azərbaycan qarşısında yeni üfüqlər açan qələbə ilə ölkə dinc quruculuq dövrünə qədəm qoydu. Dövlətin və millətin qarşısında yeni üfüqlər açıldı.

İbrət dərsləri

Torpaqların işğaldan azad edilməsi və qazanılan qələbə bir sıra ibrət dərsləri verir. Hər şeydən əvvəl, keçilən yol göstərdi ki, Azərbaycanın tərəqqisinin təməlində təbii sabitlik, güclü millət, qüdrətli dövlət və dövlət rəhbəri amili dayanır. Azərbaycan dövləti zəif olan zamanlarda millət daim geri gedib, güclü olanda isə qarşısına qoyduğu məqsədlərə nail olub. Əgər Azərbaycan güclü dövlət olmasaydı və millət dövlət hakimiyyətinin ətrafında sıx birləşməsəydi, qarşıya qoyulan məqsədə çatmaq mümkün olmazdı.

İşğaldan azad edilmiş ərazilərdə görülən işlər nə deyir?

Müharibə başa çatdıqdan sonra keçən iki ilə yaxın müddətdə işğaldan azad olunmuş ərazilərdə xəyala gəlməyən tikinti-quruculuq işləri həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Şuşa şəhərinin yenidən tikintisinə başlanılıb. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Zəngilan və Laçında hava limanları inşa edilir. Zəngilanın Ağalı kəndinə ilk sakinlər köçürülüb. Uzun illərdən sonra ilk dəfə olaraq şagirdlər məktəbə gedirlər. Tunellər inşa edilir, elektrik enerjisi sistemi qurulur. Şəhərlərin baş planları hazırlanır və həyata keçirilir. Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin ölkənin inkişafına dair aydın və konkret planları vardır.

Dövlətimizin və millətimizin gələcək yolunun başlıca formulunu Prezident İlham Əliyev belə müəyyənləşdirib: “Yenilik, inkişaf, güc - bunlar əsas amillərdir. Bir də Vətən sevgisi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb