Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Tatyana Anodina: Dövlətlərarası Şuranın sessiyasının Bakıda keçirilməsi beynəlxalq mülki aviasiya tarixində əlamətdar hadisə olacaq

Tatyana Anodina: Dövlətlərarası Şuranın sessiyasının Bakıda keçirilməsi beynəlxalq mülki aviasiya tarixində əlamətdar hadisə olacaq

Bakı, 31 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın prezidenti Tatyana Anodinanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 21-27-də Azərbaycanda işgüzar səfərdə olub. Tatyana Anodina səfər zamanı bir sıra görüşlər, o cümlədən Azərbaycanın Baş naziri Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşlər keçirib.

Dövlətlərarası Şuranın yekdilliklə qəbul etdiyi qərara və 2015-ci ilin yanvarında Milli Məclis tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minmiş Azərbaycan Hökuməti və Dövlətlərarası Şura arasında Sazişə uyğun olaraq təşkilatın mənzil qərargahı Bakıda yerləşir.

Şuranın qərarına əsasən, Hindistan, İsrail, Çin, Kanada, ABŞ və Avropa İttifaqı, Asiya-Sakit okean regionu, Asiya, Afrika, Yaxın Şərq, Mərkəzi və Latin Amerikası ölkələri daxil olmaqla 73 dövlətlə, eləcə də 18 beynəlxalq təşkilatla beynəlxalq sazişlər bağlanıb. Onlardan ən əsası dünyanın 191 dövlətini birləşdirən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə imzalanmış sazişdir.

Dövlətlərarası Şura və onun icraedici qurumu - mənzil qərargahı Moskvada yerləşən Dövlətlərarası Aviasiya Komitəsi üçün aşağıdakı birgə tənzimləmə sahələri müəyyən edilib: hava gəmilərinin sertifikasiyası, onların istehsalı və təmiri; beynəlxalq aerodromların və aeronaviqasiya mərkəzlərinin sertifikasiyası; aviasiya mütəxəssislərinin hazırlanması və tədris müəssisələrinin sertifikasiyası; uçuşların təhlükəsizliyi və aviasiya terrorçuluğunun qarşısının alınması üzrə tədbirlərin hazırlanması; demonopolizasiya, vicdanlı rəqabət və aviasiya bazarının liberallaşdırılması əsasında beynəlxalq hava əlaqələri sahəsində əlaqələndirilmiş siyasətin aparılması.

Doktor, professor, dünyada cəmi 40 nəfərin mükafatlandırıldığı BMT-nin (ICAO) aviasiya-kosmik sahədə ən nüfuzlu mükafatı laureatı Tatyana Anodina Bakıya səfərinin yekunları, eləcə də paytaxtımızda gördükləri ilə bağlı təəssüratlarını “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə bölüşüb:

- Tatyana Qriqoryevna, Azərbaycana səfərinizin nəticələrini necə qiymətləndirirsiniz?

- Proqram son dərəcə məzmunlu və səmərəli idi. Səfərin nəticələrini çox müsbət qiymətləndirirəm. Bir çox aktual mövzu və layihələri müzakirə etməyə nail olduq. Bütün görüşlər peşəkar, konstruktiv və mehriban şəraitdə keçdi.

Danışıqlarda Azərbaycan Hökumətinin üzvlərini Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyəti, eləcə də ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) rəhbərliklərinin dəstəklədiyi son təşəbbüslərimiz barədə məlumatlandırdım.

Baş nazir Artur Rasizadə ilə görüşdə əməkdaşlığın nəticələri, perspektivləri və “Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura arasında onun Azərbaycan Respublikası ərazisində yerləşməsi şərtləri haqqında” Sazişin (Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli №1158-IVQ Qanunu) həyata keçirilməsi üzrə tədbirlər müzakirə olundu.

Görüşdə Dövlətlərarası Şuranın işinin vacibliyini və yüksək səmərəliliyini təsdiq edən Baş nazir bildirdi ki, böyük nüfuza malik bu təşkilatın mənzil qərargahının Bakıda yerləşməsi təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun dünyanın qabaqcıl ölkələri və beynəlxalq təşkilatları ilə əlaqələrinin gələcək inteqrasiyasına və inkişafına xidmət edəcək.

Görüşlərdə Sazişin reallaşdırılması üzrə göstərdiyi böyük səylərə və köməyə, eləcə də Dövlətlərarası Şuranın və onun Bakıdakı mənzil qərargahının əlverişli peşəkar fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidentinə, Baş nazirinə və Hökumətinə təşəkkür etdim.

Qeyd olundu ki, Dövlətlərarası Şuranın mənzil qərargahının Bakıda yaradılması Azərbaycan aviasiyasının daha səmərəli inkişafına, onun beynəlxalq aləmdə tanınmasında və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuş aviasiya infrastrukturunun təkmilləşməsinə kömək edəcək.

Həmçinin qeyd etmək istəyirəm ki, Dövlətlərarası Şuranın Bakıdakı mənzil qərargahı artıq fəal işə başlayıb və bir sıra sərəncamçı sənədlər, o cümlədən “Azərbaycan Hava Yolları” QSC ilə Saziş imzalanıb.

Danışıqlarda bu ilin oktyabr ayının ikinci yarısında Bakıda təşkil ediləcək Dövlətlərarası Şuranın sessiyasının keçirilməsinin əhəmiyyətini də vurğuladım. Bu, beynəlxalq mülki aviasiya üçün çox böyük və əlamətdar hadisə olacaq.

Cari ilin iyununda ICAO Şurasının prezidenti Olumuiva Benard Aliu ilə görüşdə onu Dövlətlərarası Şuranın Bakı sessiyasında iştirak etməyə dəvət etdim. ICAO Şurasının prezidenti bu dəvəti böyük minnətdarlıqla qəbul etdi və ilkin razılığını verdi. Biz digər beynəlxalq təşkilatların rəhbərlərini də dəvət etməyi planlaşdırırıq.

- Azərbaycan mülki aviasiyasının cari vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyev və Hökumətin diqqət və qayğısı sayəsində Azərbaycan mülki aviasiyası yeni inkişaf mərhələsinə qədəm qoyub. Aviasiya parkı tamamilə yenidən təchiz olunub, ölkənin müxtəlif bölgələrində müasir hava limanları və avianaviqasiya mərkəzləri inşa edilib. Onlar da təyyarələr kimi, Dövlətlərarası Aviasiya Komitəsinin beynəlxalq sertifikatlarına malikdirlər və ICAO-nun standartlarına tam cavab verirlər. Azərbaycan “Boeing-787” təyyarələrinin istismarına başlamış ilk Avropa ölkələrindən biri oldu.

Azərbaycanın mülki aviasiyasında güclü və yüksək ixtisaslı milli kadrlar formalaşıb ki, bu da ilk növbədə tanınmış alim, akademik Arif Paşayevin başçılıq etdiyi Milli Aviasiya Akademiyasının pedaqoq və kollektivinin əməyinin nəticəsidir. Xatırladım ki, bu yaxınlarda Arif Paşayevə Akademiyaya verilmiş beynəlxalq sertifikatı təqdim etdim.

Azərbaycanın bütün mülki aviasiya infrastrukturunu birləşdirən və təkcə regionumuzda deyil, həm də onun hüdudlarından kənarda böyük nüfuza malik yüksək peşəkar aviasiya rəhbərlərindən biri olan əməkdar pilot, Dövlətlərarası Şuranın birinci vitse-prezidenti Cahangir Əsgərovun uzun illərdir rəhbərlik etdiyi AZAL ən nüfuzlu mülki aviasiya birliyi olan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvüdür.

Aparılmış irimiqyaslı işlərin nəticəsi kimi, “Skytrax” beynəlxalq reytinq agentliyi tərəfindən AZAL və Heydər Əliyev Beynəlxalq Hava Limanına “4 Ulduz” nüfuzlu reytinqi verildi.

- Siz iyunun 12-də Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etdiniz. Təəssüratlarınız necədir?

- Mənim üçün Azərbaycan Prezidentinin dəvəti ilə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının açılış mərasimində iştirak etmək böyük şərəf idi.

Mən və açılışda iştirak edən bütün tamaşaçılar Bakıda təmtəraqlı və möhtəşəm beynəlxalq idman bayramının şahidi olduq. Mən idmanı sevirəm və bir çox Olimpiya Oyunlarında olmuşam. Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan Avropa idmanı tarixində ilk parlaq səhifə yazdı. Dünyada ən yüksək və təsirli idman plankası qoyuldu.

Bu möhtəşəm dünya səviyyəli bayrama hazırlıq və onun keçirilməsi üzrə insanların, o cümlədən Prezident İlham Əliyevin, həmişə və hər şeydə füsunkar və mükəmməl olan Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük əməyi ən yüksək qiymətə layiqdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək