MƏDƏNİYYƏT
Teatr Xadimləri İttifaqında “M.F.Axunzadə dərsləri” davam etdirilmişdir
Bakı, 23 iyun (AZƏRTAC). İyunun 23-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyi çərçivəsində “Axundzadə dərsləri” davam etdirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri ATXİ-nin direktoru, Xalq Artisti Azərpaşa Nemətov açaraq gənc teatr və kinodramaturqların yetişməsində dərslərin əhəmiyyətindən danışmışdır. Vurğulamışdır ki, tədbir iştirakçılarının əsərləri arasında seçim aparılır, ümumi nəticəyə gəlinəndən sonra həmin əsərlərin nəşri və səhnəyə qoyulması tövsiyə edilir.
A.Nemətov həmin gənclərdən üçünün əsərlərinin bu günlərdə Moldovada nəşr olunacağını diqqətə çatdırmışdır.
Növbəti “Axundzadə dərsləri” “Dramaturgiyada janr problemləri və konfliktin qurulması” mövzusuna həsr edilmişdir.
Gənc dramaturqlarla dərsi tanınmış kino və teatr dramaturqu Natiq Rəsulzadə aparmışdır. O, mövzu ilə bağlı maraqlı fikirlər söyləmiş, özünün çoxillik təcrübəsindən danışmış, iştirakçıların suallarını cavablandırmışdır.