TƏHSİL MÜƏSSİSƏLƏRİ İŞÇİLƏRİNİN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işləyən pedaqoji və digər kateqoriyalara aid olan işçilərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işləyən pedaqoji və digər kateqoriyalara aid olan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2003-cü ilin iyun ayının 1-dən 50 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2003-cü il