ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda Avropa Təlim Fondunun ekspertləri ilə görüş olmuşdur
Bakı, 31 may (AZƏRTAC). Təhsil Problemləri İnstitutunda (TPİ) Avropa Təlim Fondunun (ATF) “Azərbaycan ixtisaslaşma çərçivəsinin icrasına dəstək” layihəsinin milli və beynəlxalq ekspertləri ilə görüş keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan təhsil sisteminin hazırkı durumu, tədris ilinin uzadılması, dünyanın müxtəlif ölkələrində mövcud olan və milli tədris standartları, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması və s. məsələlər müzakirə olunmuşdur.
Avropa Təlim Fondunun baş eksperti Arjen Deijə, beynəlxalq ekspert Olav Aarna və milli ekspert Amin Çərkəzov müvafiq ixtisas üzrə “Azərbaycan ixtisaslaşma çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində görülmüş işlər barədə məlumat vermişlər.
Görüşdə beynəlxalq ekspertlər gələcəkdə Təhsil Problemləri İnstitutu ilə sıx əməkdaşlıq etmək arzusunda olduqlarını da bildirmişlər.