Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Tekfen Holdinq” şirkətlər qrupunun İdarə Heyətinin sədri Murat Gigindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Otuz ilə yaxın işğal altında olan Azərbaycan torpaqlarının azadlığa qovuşacağı günü böyük səbirsizliklə gözləyirdik. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azadlığı uğrunda sentyabrın 27-də başlayan Vətən müharibəsinin Sizin, cənab Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsi ilə nəticələnəcəyinə inamımız tam idi.

Çox çəkmədən Sizdən, möhtərəm cənab Prezident, böyük qələbə xəbərini aldıq. Vətən müharibəsində Qələbə münasibətilə başda Siz olmaqla, şanlı Azərbaycan Ordusunu, dost və qardaş Azərbaycan xalqını TEKFEN şirkəti adından və şəxsən öz adımdan iftixarla dolu sevinc hissi ilə təbrik edirəm.

Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik.

Azərbaycan Respublikasının daha böyük gələcəyi, dost və qardaş Azərbaycanın daha firavan həyatı naminə Zati-alinizə yüksək nailiyyətlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,

 

Murat Gigin

“Tekfen Holdinq” şirkətlər qrupunun İdarə Heyətinin sədri Türkiyə Respublikası, İstanbul şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin