ELM VƏ TƏHSİL
Tələbələr üçün yeni bilik yarışması keçiriləcək
Bakı, 17 fevral, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Universitetinin dəstəyi ilə tələbələr arasında “Birinci Biznes İdarəetmə Bilikləri Olimpiadası” keçiriləcək.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu bilik yarışmasında ixtisasından asılı olmayaraq, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri iştirak edə bilər.
Olimpiadada iştirak etmək istəyənlər ATGTİ-nin rəsmi saytında (http://asyou.az/index.php?aze/news/407) qeydiyyatdan keçməlidirlər. Qeydiyyat fevralın 28-də başa çatacaq.
Olimpiadanın qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:26]
“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub
- 06.05.2024 [13:02]
EURAS-ın prezidenti BANM-də master-klas keçib
- 06.05.2024 [12:56]
“Vikipediya” təlimlərində iştirak edən gənclərə sertifikat verilib
- 06.05.2024 [12:55]
Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib
- 06.05.2024 [12:27]