İQTİSADİYYAT
Təlim-seminarda müasir metodik üsullardan istifadə edilib
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim “Ernst & Young” şirkətinin Moskva Biznes Akademiyasından dəvət olunmuş Amerika Maliyyə İdarəetməsi Akademiyasının üzvü, təlimçi-məsləhətçi Viktor Şitulin tərəfindən keçirilib. Üç gün davam edən interaktiv təlimlər zamanı iştirakçılara investisiya layihələrinin səmərəliliyinin dəyərləndirilməsi, üstünlük dərəcəsi ilə investisiya layihələrinin prioritetləşdirilməsi, pul kapitalının zaman dəyəri, investisiyanın ödəmə müddətinin müəyyən edilməsi, cari dəyər konsepsiyası və ondan istifadə üsullarının tətbiqi və digər məsələlər barədə ətraflı məlumat verilib. Hər bir iştirakçının fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması, qrup işi, müxtəlif ssenarilərin nəzərdən keçirilməsi, praktiki problemlərin müzakirəsi və digər müasir metodik üsullardan istifadə edilib.
Təlimin sonunda 14 iştirakçıya “Ernst & Young” şirkətinin sertifikatları verilib.