SİYASƏT
TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRİLƏCƏKDİR
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 13-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A. Kaspişik və onun səhra köməkçiləri K. Kratki və K. Pikles keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İ.Platinus, Y.Repa və G. Korj icra edəcəklər.