Azərbaycan Dövlət İnformasiya Agentliyi

T.Ə.QULİYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar xalq artisti Tofiq Ələkbər oğlu Quliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

1. Bakı şəhər İcra Hakimiyyətinə tapşırılsın ki,

- Bakı şəhərinin küçələrindən birinə Tofiq Quliyevin adını versin;

-Tofiq Quliyevin Bakı şəhərində yaşadığı binaya (Hüsü Hacıyev

küçəsi, 23) xatirə lövhəsinin vurulmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakıdakı musiqi məktəblərindən birinə Tofiq Quliyevin adını versin.

lham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin