REGİONLAR
Tərtərdə məhsul yığımı davam edir
Tərtər, 14 iyul (AZƏRTAC). Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 6191 hektarda buğda, 4920,4 hektarda arpa, 345 hektarda dən üçün qarğıdalı, 197 hektarda paxlalılar, 548 hektarda kartof, 965 hektarda tərəvəz və s. əkmişlər.
Taxıl biçinini uğurla başa çatdıran tərtərli fermerlər sahələrdən 37 min 746,1 ton məhsul əldə etmişlər. Məhsulun 21 min 312 tonu buğda, 16 min 434,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 34,4 sentner, arpa sahələrində 33,4 sentner olmuşdur. Bundan əlavə, indiyədək 643 ton lobya, 451,1 ton qarğıdalı, 4558,5 ton kartof, 8346,6 ton tərəvəz, 1514,1 ton meyvə yığılmışdır.
Təsərrüfatlarda məhsul yığımı davam edir.