TEYMUR RƏCƏBOV TURNİRİN İKİNCİ MÜKAFATÇISIDIR
İyunun 1-5-də Moskvada, Beynəlxalq Ticarət Mərkəzində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) sürətli şahmat üzrə “Qran-pri” mükafatı uğrunda beynəlxalq turnir keçirilmişdir.
Bir çox məsul beynəlxalq yarışların qalibi olan gənc soydaşımız - 15 yaşlı Teymur Rəcəbov turnirdə dünyanın adlı-sanlı şahmat ustaları ilə keçirdiyi görüşlərdə uğurla oynamış və yarımfinalda çox təcrübəli qrossmeyster Aleksandr Belyavski üzərində inamlı qələbə qazanmışdır.
Finalda Teymur Rəcəbovun rəqibi sabiq dünya çempionu Harri Kasparov olmuşdur. İyunun 5-də keçirilən birinci görüşdə Kasparov qalib gəlmiş, ikinci oyun isə heç-heçə qurtarmışdır. İki görüşün nəticələrinə əsasən, Kasparov turnirin qalibi olmuş, Teymur Rəcəbov isə ikinci yeri tutmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [18:13]
Kişi voleybolçuların Superliqasında III turun oyunlarına start verilib
- 04.11.2026 [17:20]
İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşib
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]