TİKA MARNEULİDƏ MƏKTƏB BİNASINI TƏMİR ETDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin TİKA təşkilatının Gürcüstan nümayəndəliyinin hesabına Marneuli rayonundakı Rza Abbasov adına Aşağı Saqal orta məktəbinin binası əsaslı təmir etdirilmişdir. Noyabrın 27-də TİKA-nın başkanı Hakan bəyin iştirakı ilə məktəbdə təntənəli mərasim keçirilmişdir.
Məktəbin direktoru Məhəmməd İsmayılov, müəllimlər, valideynlər türklərə təşəkkür etmişlər. Marneuli rayon rəhbərliyinin nümayəndələri tədbirdə iştirak etmişlər.
Məktəbdə 25 müəllim işləyir və 183 şagird təhsil alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [16:58]
Avropa İttifaqı İndoneziya ilə iki ticarət və investisiya sazişi imzalayır
- 19.11.2026 [16:51]
Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib
- 19.11.2026 [16:40]