İQTİSADİYYAT
Tikinti-quraşdırma işlərinə səkkiz ayda 7,6 milyard manatdan çox vəsait xərclənib
Bakı, 15 sentyabr (AZƏRTAC). Ölkədə yanvar-avqust aylarında inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 445,3 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 0,5 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əsas kapitala cəlb olunmuş vəsaitin 7 milyard 635,5 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunub. Bu göstərici müqayisə olunan dövrə nisbətən 11,1 faiz artıb.
Əsaslı vəsaitin 67,5 faizi və ya 7 milyard 45,5 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 7,3 milyard manatını və ya 70,4 faizini daxili investisiyalar təşkil edib. Bu, xarici investisiyaya ilə müqayisədə 17,9 faiz çoxdur.