DÜNYA
“Tokio 2020” Olimpiadasına hazırlıqla bağlı antiterror təlimləri keçirilib
Tokio, 30 noyabr, AZƏRTAC
Tokio administrasiyasının rəsmi nümayəndələri 2020-ci ildə Olimpiya və Paralimpiya oyunlarına hazırlıq prosesi çərçivəsində antiterror təlimləri keçiriblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, təqribən 50 nəfərin iştirak etdiyi, o cümlədən polisin və yanğınsöndürənlərin qatıldığı təlimlər futbol və reqbi üzrə yarışların keçiriləcəyi stadionda təşkil olunub.
Təlimlərdən biri terrorçular tərəfindən partladıcı qurğunun işə salındığı şəraitdə keçirilib. Təşkilatçılar bu zaman insanların stadiondan təxliyə olunmasını məşq ediblər.
Digər təlim zamanı polislər içərisində partlayıcı maddənin ola biləcəyi əşyanın hadisə yerindən uzaqlaşdırılmasını simulyasiya ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio