Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Tokioda Yaponiya ilə Azərbaycan arasında ticari-iqtisadi sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur VİDEO

Tokio, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Tokioda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclası keçirilmişdir.

Yaponiya nümayəndə heyətinin rəhbəri, “İtoçi” korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşi Azərbaycan nümayəndə heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirmiş, iki dost ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulamışdır.

İclasın Azərbaycan xalqı üçün kədərli gün olan 26 fevrala təsadüf etdiyini xatırladan Y.Kobayaşi bu faciənin yapon xalqının da kədərinə səbəb olduğunu qeyd etmiş, xalqımıza başsağlığı vermişdir.

Yaponiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin digər ölkələr üçün də nümunə ola biləcəyini qeyd edən Y.Kobayaşi yapon şirkətlərinin Azərbaycanın enerji sektorunda və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində fəal iştirakını vurğulamışdır. Yaponiya nümayəndə heyətinin tərkibində dövlət qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış yapon şirkətlərinin də təmsil olunduğunu diqqətə çatdırmış, nəzərdə tutulan məsələlər ətrafında aparılacaq müzakirələrin konkret nəticələrə gətirib çıxaracağına əminliyini bildirmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Abid Şərifovun təklifi ilə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin salamlarını iclas iştirakçılarına çatdıran A.Şərifov qeyd etmişdir ki, ötən illər Azərbaycan-Yaponiya dostluğunun möhkəmlənməsi ilə yadda qalmışdır. Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə əlaqələr quran ilk dövlətlərdən biridir.

Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq müstəvidə respublikamızın nüfuzunun artdığını deyən Baş nazirin müavini diqqətə çatdırmışdır ki, ölkəmiz bütün dünyada etibarlı tərəfdaş kimi tanınmışdır. Azərbaycanda çalışan Yaponiya şirkətləri bunun canlı şahididirlər.

Yapon şirkətlərinin Azərbaycan iqtisadiyyatına 100 milyonlarla dollar sərmayə qoyduğunu vurğulayan A.Şərifov ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığını və bu səfərdən sonra əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirmiş və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan vermişdir.

Ölkəmizdə həyata keçirilən iri layihələr barədə qonaqlara məlumat verən Baş nazirin müavini sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar barədə də ətraflı danışmışdır.

Yaponiya ilə əməkdaşlıq sahələri arasında enerji, neft-qaz hasilatının xüsusi yer tutduğunu diqqətə çatdıran A.Şərifov demişdir ki, yapon şirkətləri Xəzər dənizinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlində iştirak edirlər. Yaponiya şirkətləri ümumi dəyəri 45 milyard dollar olan və “Şahdəniz-2” və “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil ediləcək Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TANAP və TAP layihələrinin reallaşmasında fəal iştiraka dəvət olunmuşlar.

Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə əməkdaşlıq üçün əlverişli imkanların yarandığını vurğulayan Baş nazirin müavini yapon şirkətlərini yeni sənaye obyektlərinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları, kosmik sənaye, su və meliorasiya təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri və digər sahələrdə də əməkdaşlığa çağırmışdır.

İclasda çıxış edən Yaponiya xarici işlər nazirinin birinci müavini Nabuo Kişi iki xalq arasında dostluq münasibətlərinin inkişafında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, xalqlar arasında mehriban münasibətlərin formalaşmasında qarşılıqlı əməkdaşlıq mühüm rol oynayır və ötən il Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı rayonu arasında imzalanmış dostluq və əməkdaşlıq mübadiləsi sazişi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov çıxış edərək ölkəmizin Yaponiya ilə münasibətlərə mühüm əhəmiyyət verdiyini, qarşılıqlı əməkdaşlıq əlaqələrinin hər iki xalqın tərəqqisinə xidmət etdiyini vurğulamışdır.

Sonra nümayəndə heyətləri təqdimatlarla çıxış etmişlər.

Sonda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclasının protokolu imzalanmışdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Tokioda Yaponiya ilə Azərbaycan arasında ticari-iqtisadi sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya