Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Torpaq çərşənbəsi – təbiətin oyanışı, yaxud bütün canlılara yeni həyat

Torpaq çərşənbəsi – təbiətin oyanışı, yaxud bütün canlılara yeni həyat

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycanda Novruz bayramının ilaxır çərşənbəsi - Torpaq çərşənbəsi digərlərindən fərqli olaraq, xüsusi təntənə ilə qeyd edilir.

AZƏRTAC AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Torpaq çərşənbəsi haqqında qeydlərini təqdim edir.

Çərşənbələrin sonuncusu Axır çərşənbədir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Sonuncu çərşənbədə torpaq oyanır. Bu fikri irəli sürən professor Azad Nəbiyev dördüncü çərşənbə kimi Torpaq çərşənbəsini qəbul edərək onun özəllikləri haqqında yazıb: “Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışdır. Xalq arasında belə bir inam olmuşdur ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel (Su), Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər”, - deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib:

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,

Təzə ömür, təzə məhsul, il gəldi, -

deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi”.

Beləcə, torpağın oyanışı olan Torpaq çərşənbəsi bərəkətin, məhsul artımının rəmzi olaraq insanları maddi nemətlər bolluğu ilə təmin edib acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi haqqında, həyatvericilik gücü haqqında çox danışmaq olar. Ən əski düşüncəni isə mifoloji qaynaqlar əks etdirir. Kosmoqonik səciyyəli mifoloji mətnlərdən birinə görə, əvvəllər Allahdan başqa heç kim yoxmuş. Yer üzü də başdan-ayağa su imiş. Allah bu suyu lil edir, sonra bu lili qurudub torpaq edir, torpaqdan bitkiləri cücərdir. Ondan sonra da torpaqdan palçıq düzəldib insanları yaradır, onlara ruh verir.

Bu kiçik parçada dörd yaradıcı ünsürün köməyilə dünyanın yaranmasından bəhs edilir. Yer üzünün başdan-ayağa sudan ibarət olması fikri burada ilk yaradılış ünsürünün su olduğuna işarədir. Sudan lil yaradılması yenə ilk yaradılış başlanğıcı kimi sudan yaranmanı əks etdirir. Müqəddəs “Qurani-Kərimdə” buyurulmuş “hər bir canlını sudan yaratdıq” prinsipinin mifoloji yöndən də təsdiqini görürük. Mifoloji mətndəki “lilin qurudulub torpaq edilməsi” fikri artıq burada iki yaradılış ünsüründən söhbətə işarə vurur. Əvvəla, sudan torpağın yaradılması mərhələli şəkildə baş verir: əvvəlcə torpağın ilk ünsürü olan lil, ardınca lilin bərkimiş forması olan torpaq özü yaradılır. Bəs bu necə baş verir? Lilin qurudulması hesabına. Lilin qurudulması əsasında bəs hansı yaradıcı element iştirak edir? Bunun üçün qurudulma əməliyyatının bir proses kimi nəyin - hansı ünsürün hesabına getdiyini təsəvvürümüzdə canlandırıb cavab tapmalıyıq. Əlbəttə, istiliyin hesabına, istilik isə özlüyündə yaradıcı stixiya olan odu (Günəşi) simvolizə edir. Demək, od ünsürü - Günəş istisi olmasa, lilin quruyub bərkiməsi və bununla torpaq əmələgəlməsi prosesi getməz. Məhz torpağın zəminində digər yaradılmışlar dirilik tapıb, inkişaf edir ki, buna da yenə mətndə işarələr var. Torpaqdan bitkilərin bitib-cücərməsi fikri bitkilərin timsalında digər canlılar aləminin torpağın hesabına yaranıb formalaşdığını əks etdirir. Torpaqdan yoğrulmuş palçıqdan insanların yaradılması və onlara ruh verilməsi tipli mifoloji informasiyada da yenə iki yaradıcı ünsürə işarə vurulur. Əvvəlki cümlədə nəbatat aləminin - bitkilərin torpaqdan yaranması (torpaqdan bitkilərin cücərib bitməsi) qeyd olunubsa, bu cümlədə isə heyvanat aləminin timsalında insanların torpaqdan xəlq olunması fikri diqqətə çəkilir. Deməli, torpaq maddi varlıq olaraq bitkiləri və insanları yaradır və öz üstündə varlıq aləminin yaşayıb inkişaf tapmasına, canlı fəaliyyətinə şərait yaradır. Mifoloji mətndə vurğulanan digər bir yaradıcı ünsürün - hava stixiyasının da əhəmiyyətini diqqətdən kənarda qoymaq olmaz. Bu isə o deməkdir ki, torpaqdan yoğrulub düzəldilən insanın (və eləcə də digər canlıların) hələ silueti (maddi müqəvvası) yaradılıb; bu yaradılış o zaman tam başa çatacaq ki, insan canlı olsun - cana, hərəkətə gəlsin, dirilsin. Bu dirilmə insana “ruh verilməsi” ilə - həyat nəfəsi (yaradıcı hava ünsürünün təmsilçisi) bəxş edilməsi ilə tamamlanır. Bu mifoloji mətnin daşıdığı böyük və dərin məna yükü, məzmun zənginliyi həm də xalqımızın müdrikliyinin ifadəçisidir. Həyatın dialektik inkişaf qanunauyğunluqları lakonik şəkildə, lakin dolğunluğu ilə burada əksini tapıb. Həyatın, mövcudatın əsasında dörd yaradılış ünsürünün dayandığı göstərilir. “Yer üzünün başdan-ayağa su olması” - ilkin su ünsürünü, suyun qurudulması (istilik mənbəyi olan od ünsürü ilə) hesabına sudan lil və torpağın ayrılması (yaradılması) - ilkin başlanğıcın əsasında dayanan od və torpaq elementlərini, yaradılış ünsürü olan torpaqdakı canlıların və insanın dirilik tapması, cana gəlməsi - canlanması üçün isə son nəticədə onlara “ruh verilməsi” - hava stixiyasını simvollaşdırır.

Ən başlıcası isə odur ki, mifik mətndə hər yaradıcı ünsürün öz yeri, mövqeyi, əhəmiyyəti, rolu, funksiyası aydınca göstərilib və eyni zamanda, bu fərdi ünsürlər ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün nə qədər böyük funksiyanı yerinə yetirirlərsə, həmçinin bunların hamısı birləşib vahid bir komponent təşkil edirlər və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkküründə bir-birinin ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək, birinin rolunu azaldıb, digərinin funksiyasını şişirtməklə yanlışlığa yol verə bilmərik. Əgər belə düşünsək, onda dahi Füzulinin “Meyvələrin söhbəti” əsərindəki kimi yersiz öyünmələrdən uzağa gedə bilmərik.

Elə bu məntiqin nəticəsidir ki, ilaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınmasına baxmayaraq, xalqımız mərasimi akt olaraq bu daşıyıcı simvolların (su, od, yel, torpaq ünsürlərinin) heç birini digərindən üstün, ya əskik tutmadan, hamısına eyni qaydada önəm verib, ilaxır çərşənbələrin hər birinin yaradıcı elementlərinə kompleks şəkildə yanaşır. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi qəbul edilməlidir. Yəni bütün çərşənbələrimizdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə bağlı ayinlər yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə, hami ruhlara eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı ruh sahibinə xoş gedəcək ayinlər həyata keçirir. Bu mənada professor Azad Nəbiyevin “Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən Axır çərşənbə İlaxır çərşənbələrin ən gözəli, təntənəlisi və insanları bayrama yaxınlaşdıran bir çərşənbə idi” cümləsində Axır çərşənbə ilə bağlı xüsusi vurğuladığı Suya, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirmək xüsusiyyəti elə bilirəm ki, ümumi olaraq digər üç çərşənbənin mərasimi keyfiyyətlərinə də aid edilə bilər.

Məlumdur ki, ayrı-ayrı tədqiqatçıların çərşənbələrin sıra düzümündəki baxışları müxtəlifdir. Əgər sonuncu çərşənbə Torpaq çərşənbəsi kimi yox, Yel çərşənbəsi olaraq qəbul edildiyi təqdirdə də bu, belə olmalı idi. Yəni Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayinlərlə müşayiət olunması faktı onun torpaq, ya hava ünsürü ilə bağlılığından çox, axırda keçirilməsində - yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş - sinkretizə olunmuş yekunlaşdırıcı şənliyidir. Necə ki, yeddi çərşənbənin əvvəldə gələn üçü yalançı olmaqla həmin üç yalançıdan biri - sonuncusu simvolik olaraq qeyd olunur, digər iki yalançını da əslində öz içərisinə alır. Bax beləcə də digər dörd yaradılış ünsürünü ifadə edən dörd doğruçu çərşənbənin də axırda gələni - Axır çərşənbə digər özündən əvvəldə gələn üç çərşənbənin ayin, mərasim və etiqadlarını öz canına çəkərək (öz içinə alaraq) həm özünün, həm də digər çərşənbələrin hamısının ümumilikdə elliklə bayram şənliyi şəklində yola salınması mərasimi kimi təmtəraqla, böyük coşqu ilə qeyd olunur. Başqa sözlə, ilin ən sonuncu çərşənbəsi olan Axır çərşənbə bayramı bütün yeddi çərşənbənin hamısının - yalançı və doğruçu çərşənbələrin hamısının ümumilikdə yola salınması və Novruzun qarşılanması mərasimi olduğundan bu cür yüksək əhvali-ruhiyyə şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digərlərindən üstün keçirilməsi və həmin çərşənbələrin ayinlərini də əhatə etməsi məhz bununla əlamətdardır.

Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə!

Qırğız yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” əsərinin məğzində - mayasında isə insana psixoloji baxımdan quru sahəsinin - torpağın nə dərəcədə hava-su kimi vacib lazım olduğu ideyası aşılanır. Bir sözlə, torpaq ünsürü cəmiyyətin və bütün varlıq aləminin üstündə yaşadığı zəmindir ki, torpaqsız yer üzü başdan-başa xaosa burunmuş olardı. Hətta dini və mifoloji mənbələrdə insanın, cəmi mövcudatın torpaqdan yaradılıb xəlq olunması inamı var ki, bu da psixoloji amil kimi sonuncu çərşənbəni torpaqla bağlamağa vadar edən səbəblərdəndir.

Tədqiqatçı Xeybər Göyyallı axır çərşənbə hesab etdiyi torpaq ünsürü ilə bağlı fikirlərini belə şərh edir: “Xalqımızın empirik təfəkkürünə görə, ilin sonuncu çərşənbəsi Torpaq çərşənbəsidir. Bu inamda bulunan xalq son dərəcə haqlıdır. Təbiətin digər komponentlərinə nisbətən torpaq qış yuxusundan gec oyanır.

Torpaq planetin ən böyük və zəruri komponentidir. Digər komponentlər torpağın üstündə yerləşir və onun qoynunda intişar tapır. Torpağın oyanışı ilə ilin təzələnməsi əyaniləşir. Digər üç ünsürün (su, od yel) dirçəlişi ilin təzələnməsini hələ tam ortaya qoya bilmir. Torpağın oyanışı bütövlükdə təbiəti cana-qana gətirir. Bu səbəbdən xalq bu çərşənbəyə “İlaxır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yer çərşənbəsi” deyibdir. Torpağa gəlmiş hərarət suda və havada duyulur. Donmuş torpağın canı-qanı isinir. Dirçəlmiş torpaq şumlanır, əkinə hazırlanır. Torpağın oyanmasına insanlar daha çox sevinir. Əcdadlarımız inanıblar ki, torpağın dirçəlişi suya, oda və yelə daha çox hərarət bəxş edibdir. Xalqın bu inamı onun mifik düşüncəsində əbədiləşdirilmişdir”.

Göründüyü kimi, müəllif axırıncı çərşənbəni torpaqla bağlamaqda təbiətin digər komponentlərinə nisbətən torpağın qış yuxusundan gec oyanmasını səbəb göstərir və bu aspektdən yanaşmaqla fikirlərini irəli sürür.

Tədqiqatçı Sevinc Qasımova isə bu mərasimdəki mifik və real elementlərin vəhdətindən çıxış edərək yazır: “Torpaq çərşənbəsindəki torpaq ruhu torpağın sahibi olan əyədir. Bu çərşənbədə torpağa qulluq edilməsi onun sahibi olan torpaq əyəsinə hörmət, ehtiram göstərilməsi deməkdir. İnsanlar bunun müqabilində xeyir-bərəkət, bol məhsul diləyirlər”. Bu, o deməkdir ki, insanların torpağa qulluq göstərməsi iki planda özünü doğruldur: torpağın sahibi, əyəsi sayılan torpaq ruhuna nəvaziş, xidmət göstərilir və bunun əvəzində torpaq ruhu da insanları maddi nemətlər bolluğu ilə mükafatlandırıb onların bolluq, firavanlıq içərisində yaşamalarına təminat yaradır. Bu da insanların ərzaq-qida sayəsində fiziki baxımdan özlərində güc, enerji toplamalarına zəmin yaradıb onların yeni qüvvə ilə yeni həyata atılmalarını gerçəkləşdirir.

Deməli, qışda alt qata - yerin dərin qatlarına gedib yatmış istilik (od ünsürü) Torpaq çərşənbəsində yerin üst münbit qatına çıxıb torpağı təzədən canlandırır, yatmış (ölmüş) torpaq yenidən oyanıb dirilir və bu dirilmə ilə həm özünü dirildir, həm də üstündə qərar tutmuş bütün canlılara yeni həyat - dirilik bəxş etməklə öz missiyasını həyata keçirmiş olur. Beləliklə, Torpaq çərşənbəsi həm torpağın özünün dirilik tapması, həm də bir yaradıcı ünsür olmaqla torpaq stixiyasının bütün ətraf aləmə dirilik - yeni can verməsi deməkdir! Özü ilə bərabər üstündə qərar tutan bütün yaradılmışlara can verəndir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür