REGİONLAR
Tovuz rayonunda ev heyvanları və quşlar “la-sota” xəstəliklərinə qarşı peyvənd olunub
Tovuz, 24 iyul (AZƏRTAC). Tovuz rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.
Rayon baytarlıq idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-iyun aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 20 min 181 baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb. Nəticədə 8 baş iribuynuzlu və 5 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxmuş heyvanlar təlimata uyğun olaraq məhv edilib.
Bundan əlavə, 42 min 318 baş iribuynuzlu qara yara, 48 min 305 baş iribuynuzlu dabaq, 487 min 932 ev quşu isə “la-sota” xəstəliklərinə qarşı peyvənd olunub.