ELM VƏ TƏHSİL
“TRİQONOMETRİK BƏRABƏRSİZLİKLƏR” MÖVZUSU ELMİ-METODİKİ CƏHƏTDƏN TƏHLİL OLUNMUŞDUR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Seminarda 2007-ci ildə ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinin statistik təhlilinə əsasən abituriyentlərin çətin mənimsədikləri “Triqonometrik bərabərsizliklər” mövzusu test tapşırıqları nümunələri əsasında elmi-metodiki cəhətdən təhlil olunmuşdur.
Bildirilmişdir ki, ali məktəblərin qəbul imtahanlarına hazırlaşan gənclərə müvafiq mövzuya dair test tapşırıqlarını həll edərkən aşağıda qeyd olunanlara əməl etmələri tövsiyə edilmişdir: istənilən triqonometrik bərabərsizliklərin həlli sinx>a və s. tip bərabərsizliklərin həllinə gətirilir. Beləliklə, triqonometrik bərabərsizlikləri həll edərkən əksər hallarda vahid çevrədəki tərifdən istifadə edilir. Bəzi hallarda triqonometrik funksiyaların cədvəlindən də istifadə olunur.
Ümumiyyətlə, belə bərabərsizlikləri həll edərkən çevrə boyunca saat əqrəbi istiqamətində, yoxsa əks istiqamətdə hərəkət etməyi bilmək vacibdir.