Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYININ YEKUN HESABATI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfinin əlaqələndiriciliyi ilə 2007-ci il noyabr ayının 17-də Bakı şəhərində öz işinə başlamışdır.

Qurultayın birinci günü “Gülüstan” sarayında rəsmi açılış mərasimi olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk xalqının lideri Mehmet Əli Tələt, habelə türkdilli ölkələrin dövlət və hökumət nümayəndələri, üçüncü günündə isə Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl iştirak etmişlər.

Qurultayın ikinci günü - noyabr ayının 18-də “Beynəlxalq əlaqələr, media və informasiya texnologiyaları”, “İqtisadi, ticarət, maliyyə əlaqələri və turizm”, “Elm, təhsil və texnologiya”, “Cəmiyyətin idarə olunması və hüquq”, “Dil və mədəniyyət” və “Gənclik” komissiyalarının iclasları keçirilmişdir. Komissiya iclaslarında türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyəsi, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər geniş müzakirə edilmişdir. Qurultayda türk dünyasını narahat edən bir sıra digər problemlərlə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı sahəsində mövcud olan çətinliklərlə də bağlı fikir mübadiləsi aparılmış, bir sıra mühüm qərarlar qəbul edilmişdir.

Qurultayın işində Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Monqolustan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay, Çuvaşiya, Saxa Xakasiya respublikaları, Krım, Qaqauz və Ahıska türkləri, İran, İraq və Əfqanıstan türklərinin nümayəndələri, türkdilli xalqların Almaniya, Amerika, Avstraliya, Belçika, İsveçrə və digər ölkələrdəki diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər. Qurultayda aparılmış müzakirə və təhlillərin, komissiya iclaslarında məruzəçilərin çıxışlarının, irəli sürülmüş rəy və təkliflərin əsas istiqamətləri bunlar olmuşdur:

- regionda sabitliyin bərqərar edilməsi və möhkəmləndirilməsi, türkdilli xalqların sülh və təhlükəsizliyinin təmin olunması, beynəlxalq birliyə inteqrasiyasının sürətləndirilməsi məqsədi ilə fəaliyyətin gücləndirilməsi;

- türkdilli xalqlar arasında birliyin möhkəmləndirilməsi;

- ölkələrimizin iqtisadiyyat, siyasət, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi, xalqlarımız arasında qarşılıqlı inteqrasiya meyillərinin gücləndirilməsi;

- türkdilli xalqların dünya birliyindəki yerinin möhkəmləndirilməsi.

Qeyd olunan vəzifələrdən çıxış edərək, qurultayda aşağıdakı tövsiyələr irəli sürülmüşdür:

1. Türkdilli Dövlətlər Birliyinin yaradılması üçün zəruri elmi, ideoloji, institusional və hüquqi zəminin formalaşdırılmasına başlamaq məqsədi ilə müvafiq konsepsiyanın hazırlanması vacib hesab edilir.

2. Qurultay Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşü daimi katibliyinin yaradılması ideyasını alqışlayır, bu təklifin türk dünyası arasında dosluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, xalqlarımızın qədim tarixə malik çoxəsrlik qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirir və türkdilli ölkələrin müvafiq dövlət və hökumət strukturlarını bu istiqamətdə tədbirlər görməyə çağırır.

3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən törədilmiş soyqırım və terror aktlarının və digər cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində türkdilli ölkələr tərəfindən birgə tədbirlərin görülməsi təmin edilməli, Azərbaycana mənəvi-psixoloji və siyasi dəstək gücləndirilməlidir.

4. Qurultay Şimali Kiprin təcriddən çıxarılması istiqamətində bütün türkdilli dövlətlərin səylərinin birləşdirilməsi, Şimali Kiprlə iqtisadi, mədəni, siyasi əlaqələrin qurulması və inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində Kipr türklərinin hüquqlarının müdafiəsi istiqamətində Türkiyə Cümhuriyyətinə dəstəyin artırılmasını tövsiyə edir.

5. Qurultay İraq türkmənlərinin hüquqlarının təmin olunması istiqamətində beynəlxalq ictimaiyyətlə intensiv işin aparılması, bu sahədə digər türkdilli dövlətlər tərəfindən Türkiyəyə zəruri diplomatik-siyasi dəstəyin verilməsini tövsiyə edir.

6. Avropada yaşayan türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu məqsədlə 2007-ci ilin mart ayının 9-da Bakı şəhərində keçirilmiş Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun qərar və tövsiyələrinin, habelə həmin Forumda təsdiq olunmuş “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”nın, “Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun Bakı Bəyannaməsi”nin müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərin gücləndirilməsi, Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şurasının fəaliyyətinin səmərəliliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülməlidir.

7. Türkiyənin Avropa Birliyinə üzvlüyü istiqamətində türkdilli ölkələr tərəfindən Türkiyə Cümhuriyyətinə və onun xalqına hərtərəfli mənəvi-siyasi dəstəyin gücləndirilməsi vacib hesab edilir.

8. Türk xalqlarının yaşadığı coğrafi məkanı əhatə edən Avrasiya siyasi-iqtisadi birliyinin yaradılması, Gürcüstan və Tacikistanın bu birliyin üzvü olmasına nail olunması;

9. Qurultay hesab edir ki, Gürcüstan parlamenti tərəfindən qəbul edilmiş “XX əsrin 40-cı illərində Sovet hakimiyyəti tərəfindən Gürcüstandan zorla qovulmuş şəxslərin repatriasiyası haqqında” qanunun icrası ilə əlaqədar Ahıska türklərinin Gürcüstana qayıdışı, repatriant statusu və vətəndaşlıq alınması məsələlərinin həllinə yardım göstərilməsində türkdilli ölkələrin dəstəyinə ehtiyac var.

10. Qurultay türk dövlət və cəmiyyətlərinə tövsiyə edir ki, Gürcüstan azərbaycanlılarının Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələlərinin həllinə dəstək verilməsi, onların problemlərinin diqqət mərkəzində saxlanılması sahəsində müvafiq iş aparılsın.

11. Qurultay iştirakçıları əmindir ki, türkdilli dövlətlərin parlamentləri tərəfindən Xocalı soyqırımının erməni terrorçuları tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi soyqırımı aktı kimi tanınması məsələsinin gündəliyə gətirilməsi mühüm əhəmiyyət kəsb edir.

12. Qarabağdan sürgün edilən türklərin İnsan Haqqlarının qazanılması üçün Avropa İnsan Haqqları Məhkəməsi nəzdində iddialarin qaldırılmasının təşviq edilməsi;

13. Qurultay hesab edir ki, 1915-ci il hadisələri ilə bağlı “soyqırım” iddialarının ifşası istiqamətində türk dövlət və cəmiyyətləri arasında əməkdaşlıq gücləndirilməli, bu hadisələri “soyqırım” kimi tanıyan ölkələr və beynəlxalq təşkilatlarla müvafiq iş aparılmalı, hadisələrin əsl mahiyyəti barədə dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması təmin edilməlidir. Bu iddiaların bütövlükdə türk dünyasının beynəlxalq imicinə və milli mənafelərinə qarşı yönəldiyi nəzərə alınaraq, “soyqırım” yalanlarının ifşası türkdilli ölkələrin xarici siyasətinin prioritetləri sırasına daxil edilməlidir.

14. Türk dövlət və cəmiyyətləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə ortaq əlifbanın yaradılması sahəsindəki işlərin davam etdirilməsi üçün müvafiq qurumlar, elmi araşdırma mərkəzləri və qeyri-hökumət təşkilatları tərəfindən tədbirlərin görülməsi vacib sayılır.

15. Türk dünyasının Elmlər Akademiyasının yaradılması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi üçün məsləhətləşmələrə başlanılmalıdır.

16. Türk dünyası elmi kitabxanasının və onun elektron versiyasının, türk dünyasına dair bütün zəruri məlumatları özündə əks etdirən internet axtarış sisteminin yaradılması türk xalqlarının zəngin tarixinin və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

17. Qurultay tövsiyə edir ki, müvafiq komissiyalar tərəfindən ortaq «Türk tarixi», «Türk ədəbiyyatı», «Dini mədəniyyət və etika» dərs kitablarının hazırlanması və orta ümumtəhsil məktəblərində tədrisinin təşkili istiqamətində iş aparılsın.

18. Türk xalqlarının qarşısına internet millət olmaq məqsədinin qoyulması və bu məqsədə çatmaq üçün bütün türk xalqları arasında qarşlııqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi;

19. Türk adları ilə bağlı domen adların mənimsənilməsi prosesinin qarşısının alınması sahəsində əməkdaşlığın genişləndirilməsi;

20. Domen adların yenidən qeydə alınması zamanı turk dillərinin standartlarının qeydə alınması, .turan və .turk domenlərinin yaradılması;

21. Digər dövlətlərin ərazisində (Rusiya, Ukrayna, Moldova, Makedoniya, Bolqarıstan, İraq, Gürcüstan) yığcam halda öz tarixi torpaqlarında yaşayan türk xalqlarının ana dilində ədəbiyyat və dərsliklərlə təmin edilməsinə, onların milli mənəvi dəyərlərinin, mədəni irsinin qorunub saxlanılmasına yardım göstərilməsi türkdilli ölkələrin hər birinin mənəvi borcu hesab edilir.

22. Türk dövlət və cəmiyyətlərinin bələdiyyə qurumları tərəfindən təsis edilmiş Türk Dünyası Bələdiyyələr Birliyinin fəaliyyətinin keyfiyyətcə təkmilləşdirilməsi, qardaş bələdiyyələr ənənəsinin inkişaf etdirilməsi, türkdilli ölkələrin bələdiyyələri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi; idarəetmə sahəsində təcrübə mübadiləsinin aparılması üçün TİKA-nın əlaqələndiriciliyi ilə Türk Dünyası Bələdiyyələr Birliyinin və türkdilli ölkələrin müvafiq dövlət orqanları tərəfindən «Yerli Özünüidarə Orqanları Konqresi»nin təşkili məqsədi ilə hazırlıq işlərinə başlanılsın.

23. Türkdilli ölkələrin hüquq sistemlərinin qarşılıqlı şəkildə öyrənilməsi və uyğunlaşdırılması məqsədi ilə türkdilli dövlətlər arasında ümumi hüquq terminologiyasının yaradılmasi üçün hüquq lüğətinin hazırlanması; eyni məqsədə xidmət edəcək ali təhsil ocaqlarının hüquq fakültələri, məhkəmə və inzibati orqanlar arasında TİKA-nın əlaqələndiriciliyi ilə kadr mübadiləsinin təşkili;

24. Türk dövlətlərinin vətəndaşlarının qarşılıqlı səyahət, yaşayış və iş hüquqları mövzusunda qanunvericilik orqanları arasında təcrübə mübadiləsinin aparılması və qanunvericiliyin uyğunlaşdırılması üçün addımlar atılması;

25. Qurultay Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ideyasının həyata keçirilməsi ilə bağlı layihənin hazırlanması məqsədi ilə türkdilli ölkələrin qanunvericilik orqanlarının müvafiq komissiyaları arasında məsləhətləşmələrin başlanılmasını tövsiyə edir.

26. Qurultay əmindir ki, türkdilli dövlətlər arasında miqrasiya proseslərinin öyrənilməsi və qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq dövlət orqanları tərəfindən birgə tədbirlərin görülməsinə ehtiyac duyulmaqdadır.

27. İqtisadi inkişafda xarici sərmayələrin əhəmiyyətini nəzərə alaraq, türkdilli ölkələrdə xarici sərmayə yatırımına əlverişli şəraitin yaradılması, türkdilli ölkələr arasında qarşılıqlı olaraq bazara giriş qaydalarının sadələşdirilməsi, bu dövlətlərin ərazisində azad ticarət zonalarının, sahibkarlıq müəssisələrinin yaradılması sahəsində mövcud olan bürokratik əngəllərin aradan qaldırılması məqsədi ilə qanunvericilik sahəsində müəyyən islahatların aparılması və müvafiq dövlət orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsi tövsiyə olunur.

28. Qurultay türkdilli iş adamları və xırda sahibkarlar arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə müvafiq qurumlarla kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görülməsini zəruri sayır.

29. Qurultay Xəzər regionunun enerji imkanlarının daha səmərəli qiymətləndirilməsi məqsədi ilə milli neft və təbii qaz şirkətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, hasilatçı və istehlakçı ölkələr arasında enerji dəhlizi olan Türkiyə Cümhuriyyətinin ərazisindən keçəcək boru xətləri layihələrində əməkdaşlığın genişləndirilməsini türkdilli dövlətlərin milli maraqlarının tələbi kimi qiymətləndirir.

30. Qurultay hesab edir ki, enerji amilinin dünya siyasətində mühüm faktor olduğu indiki mərhələdə neft və qaz hasilatçısı olan Türkdilli Ölkələrin İqtisadi Birliyinin (OPEK-in analoqu) yaradılması məsələsinə baxılması türk dünyasının milli maraqları baxımından mühüm əhəmiyyətə malikdir;

31. Türkdilli ölkələrdəki nüfuzlu iqtisad universitetlərində «Türk dünyası iqtisadiyyatı» fənninin tədris edilməsi qurultay tərəfindən bütün türk dövlət və cəmiyyətlərinə tövsiyə edilir.

32. Türkiyə Cümhuriyyətinin turizm sahəsindəki təcrübəsi digər türkdilli ölkələr tərəfindən öyrənilməli və onun tətbiqi ilə bağlı tədbirlər görülməli, türkdilli ölkələrin turizm imkanları artırılmalı, bu sahədəki potensialdan daha səmərəli istifadə edilməsi yolları axtarılmalıdır.

33. Qurultay həmçinin dünya miqyasında tanınmış türkdilli iş adamları haqqında məlumat kitabçasının hazırlanması və nəşr edilməsi, onların arasında işgüzar əlaqələrin qurulması istiqamətində səylərin artırılması, birgə iqtisadi forumların təşkilini vacib hesab edir və türkdilli ölkələri bu sahədə tədbirlər görməyə çağırır.

34. Qurultay türk dünyası gəncliyinin narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərdən qorunması məqsədi ilə ortaq mübarizə metodlarının müəyyənləşdirilməsi və həyata keçirilməsini son dərəcə vacib hesab edir.

35. Türk dünyası gənclərini bir araya gətirə biləcək gənclik düşərgələrinin və birgə idman olimpiadalarının, musiqi və folklor tədbirlərinin təşkili, gənclərin mənəvi-əxlaqi dəyərlərə uyğun tərbiyə olunması məqsədi ilə təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən dövlət qurumları ilə nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı kimi qurumların müvafiq strukturları ilə əməkdaşlığın inkişaf etdirilməsi türkdilli dövlətlərin qarşısında duran əsas vəzifələrdəndir.

36. Qurultay Dünya Türk Gənclər Birliyi təşkilatının fəaliyyətinin genişləndirilməsi, türkdilli ölkələrdə bu qurumun nümayəndəliklərinin yaradılması, türkdilli gənclərin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı, türkdilli dövlətlərin strateji inkişaf istiqamətləri, beynəlxalq münasibətlər sistemində yeri barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini, bu məqsəd ilə elmi-praktik konfransların, diskussiyaların, simpoziumların və digər maarifləndirici toplantıların təşkilini tövsiyə edir.

37. Türkdilli dövlətlərin gənclərlə iş üzrə dövlət orqanlarının Əlaqələndirmə Şurasının yaradılması istiqamətində tədbirlərin görülməsini məqsədəuyğun sayır;

38. Qurultay hesab edir ki, türkdilli xalqların tanınmış rejissorları tərəfindən çəkilmiş bədii, sənədli və cizgi filmlərinin türkdilli televiziyalarda mütəmadi nümayiş etdirilməsi, türkdilli ölkələrin dövlət və özəl kinostudiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün birgə layihələrin hazırlanmasına ehtiyac duyulur.

39. «Türk dünyası uşaq ədəbiyyatı» təsisatının yaradılması, türk dünyasının uşaq ədəbiyyatı əsərlərinin bütün türkdilli xalqların dillərinə çevrilməsi üçün türkdilli ölkələrin müvafiq dövlət orqanları və ictimai təşkilatları arasında əlaqələr genişləndirilməlidir.

40. Qərbi Avropa ölkələrində türk mədəniyyət mərkəzlərinin yaradılması üçün türkdilli ölkələrin xarici işlər və mədəniyyət nazirlikləri tərəfindən birgə layihənin hazırlanması tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır