ELM VƏ TƏHSİL
“Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək
Bakı,30 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) xalqımızın milli mədəni sərvətləri xəzinəsində müstəsna yer tutan, oğuz türklərinin qəhrəmanlıq ruhunu əsrlərlə özündə yaşadan və yeni nəsillərin türkçülük-azərbaycançılıq ruhunda tərbiyəsində böyük əhəmiyyət daşıyan “Kitabi-Dədə Qorqud” dastanının ilk nəşrinin 200 illiyinə həsr olunan “Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, oktyabr ayında keçiriləcək konfransın materialları çap ediləcək.
Maraqlananlar [email protected] elektron poçtu və (012) 539-79-88 nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərlər.