Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN YARANMASINN 80 İLLİYİAZƏRBAYCANDA DA GENİŞ QEYD OLUNACAQDIR

Avqustun 5-də Milli Məclisin Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun iclası keçirilmişdir.

Gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan əvvəl deputatlar və dəvət olunmuş qonaqlar Milli Məclisin vaxtsız vəfat etmiş deputatı Şadman Hüseyinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Sonra qrupun rəhbəri, Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının və Azərbaycan-Türkiyə Dostluq Cəmiyyətinin sədri Anar Rzayev çıxış edərək dedi ki, bu il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 80 ili tamam olacaqdır. Qardaş Türkiyə Azərbaycanın ən yaxın dostu və strateji tərəfdaşı olduğu üçün yubiley ölkəmizdə də təntənəli tədbirlərlə qeyd edilməlidir.

İşçi qrupunun müşaviri, Mərmərə Qrupu Vəqfi Avrasiya İqtisadi Zirvələrinin baş katibi Vaqif Qasımov yubiley tədbirləri planı barədə məlumat verdi.

Deputatlar və dəvət olunan şəxslər “Türkiyə Cümhuriyyəti yaradılmasının 80 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun iştirakı barədə”, “2003-cü il sentyabrın 15-də Bakı şəhərinin Şərq Ordular Qrupu, Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordu hissələri tərəfindən xilas edilməsinin 85 illiyinin keçirilməsi haqqında” və “Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Türkiyə Böyük Millət Məclisində (TBMM) Xocalı soyqırımının tanınması haqqında” məsələləri müzakirə etdilər.

Müzakirələr zamanı qeyd olundu ki,Türkiyə Respublikasının 80 illik yubileyinin Bakıda da qeyd olunması Azərbaycan Prezidenti Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamının məntiqi davamı olacaqdır.

Yubileylə bağlı avqust ayının sonunadək təntənəli şəkildə “Zəfər Bayramı” qeyd ediləcək, elmi-praktik konfranslar keçiriləcəkdir. Bundan başqa, sentyabr ayının 14-dən 16-dək Bakı şəhərinin 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 85 illiyi qeyd olunacaq, oktyabr ayının sonlarında “Cümhuriyyət bayramı”nın 80 illiyi ilə bağlı Milli Məclisin sessiyası, hər iki ölkənin qardaşlaşmış 9 şəhərində bayram şənlikləri keçiriləcəkdir.

Yubiley tədbirləri noyabr ayının 10-dan 16-dək Türkiyə Cümhuriyyətinin ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatının 65 illiyinə həsr olunmuş “Atatürk həftəsi” ilə başa çatacaqdır.

Müzakirələr zamanı deputatlar Zəlimxan Yaqub, Nizami Cəfərov, Elman Məmmədov, Asya Manafova və başqaları bildirdilər ki, iki dost və qardaş ölkə arasındakı əlaqələrin inkişafı üçün Azərbaycan və Türkiyənin dövlət başçılarının yaratdıqları şəraitdən istifadə edərək, daha gərəkli addımlar atılmalıdır. Bu həm də gələcək nəsillər üçün örnək olacaqdır.

Xocalı soyqırımının TBMM tərəfindən tanınmasının vacibliyi iclasda xüsusi vurğulandı. Sonda işçi qrupunun türkiyəli həmkarlarına müraciət etmələri barədə qərar qəbul olundu.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz dedi ki, Türkiyə Cümhuriyyətinin 80 illiyinin Azərbaycanda qeyd olunması iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Diplomat bunu və həmçinin Azərbaycanın müxtəlif bölgələrində türk əsgərlərinin məzarlarının abadlaşdırılmasını şanlı tariximizin gələcək nəsillərə çatdırılmasında mühüm bir addım kimi qiymətləndirdi. Səfir dedi ki, yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar Türkiyə tərəfindən lazım olacaq bütün yardımlar ediləcəkdir.

İclasda TBMM-in Türkiyə-Azərbaycan dostluq qrupunun təbrik məktubu oxundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib