SİYASƏT
TÜRKİYƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASI İLƏ BAĞLI RUSİYANIN SƏYLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Türkiyə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan rəhbərlərinin danışıqlarına ev sahibliyi etməsini yüksək qiymətləndirir.
Türkiyənin xarici işlər naziri Əli Babacan demişdir ki, Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkünsüzlüyü faktdır. Həmçinin Türkiyənin və ABŞ-ın iştirakı olmadan regionda hər hansı bir münaqişənin həlli mümkün deyildir. Ə.Babacan demişdir: “Türkiyənin 2007-ci ilin sentyabrından Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif səviyyələrdə atdığı addımlarla Rusiyanın həmin məqsədlə atdığı addımlar bir-birini tamamlayır”.