Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Türkiyə pomidorunun Azərbaycandan Rusiyaya təkrar ixracı barədə deyilənlər həqiqətə uyğun deyil

Türkiyə pomidorunun Azərbaycandan Rusiyaya təkrar ixracı barədə deyilənlər həqiqətə uyğun deyil

Bakı, 18 oktyabr, AZƏRTAC

Rusiya Azərbaycan üçün ən böyük və sərfəli ixrac bazarıdır. Bu baxımdan kənd təsərrüfatı məhsulları, xüsusən meyvə-tərəvəz ixracı xüsusi yer tutur. Bununla bağlı ən yüksək səviyyədə müzakirələr aparılıb, tədbirlər görülüb. Lakin son vaxtlar Rusiyada belə bir fikir səslənir ki, guya pomidor Türkiyədən alınıb, təkrar ixrac edilir. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev müsahibəsində Azərbaycan-Rusiya münasibətlərindən, kənd təsərrüfatı məhsulları ixracının artırılması istiqamətində dövlətlərarası səviyyədə görülən tədbirlərdən bəhs edir, pomidorun təkrar ixracı ilə bağlı səslənən fikirlərə aydınlıq gətirir. AZƏRTAC nazirin müsahibəsini təqdim edir.

- Cənab nazir, Azərbaycan-Rusiya münasibətlərinin indiki vəziyyətini necə səciyyələndirərdiniz?

- İlk növbədə, qeyd etmək istərdim ki, bu il 25 illiyini qeyd etdiyimiz Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin başçılarının səyləri və siyasi iradəsi sayəsində bu gün də durmadan inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Rəsmi səfərlər, müxtəlif tədbirlər çərçivəsində keçirilən görüşlərdə dövlətlərimizin başçıları əməkdaşlığı daha da genişləndirməyin zəruriliyini daim vurğulayırlar. Fərəhlə qeyd etmək olar ki, ölkələrimiz arasında ticarət, investisiyalar, sənaye, yanacaq-energetika və aqrar sektorları, nəqliyyat və tranzit daşımaları, turizm, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq hazırda uğurla inkişaf edir.

- Kənd təsərrüfatı məhsulları Azərbaycandan Rusiyaya ixracın ənənəvi və əsas hissəsidir. Bu istiqamətdə ixracın artırılması üçün dövlətlərarası səviyyədə hansı tədbirlər görülür?

-Qeyd etməliyəm ki, kənd təsərrüfatı məhsulları ticarətini genişləndirməyin, o cümlədən Azərbaycandan Rusiyaya tərəvəz satışını artırmağın zəruriliyi prezidentlərin görüşlərində dəfələrlə göstərilib. Bu razılaşmaların həyata keçirilməsi üçün hələ 2014-cü ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya nəzdində Kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsulları tədarükünün həyata keçirilməsi məsələləri üzrə İşçi Qrup yaradılıb. Həmin İşçi Qrupun Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat nazirinin müavini, Rusiya tərəfindən kənd təsərrüfatı nazirinin müavinidir.

İşçi Qrupun görüşlərində Rusiya bazarına meyvə-tərəvəz məhsulları satışının artırılması üçün daha əlverişli şərait yaradılması, hər iki ölkədə verilmiş fitosanitar və baytarlıq sertifikatlarının elektron qaydada mübadiləsi prosesinin sürətləndirilməsi və digər məsələlər müntəzəm surətdə müzakirə olunur. Bundan əlavə, Rusiyanın müvafiq qurumlarının nümayəndələri Azərbaycan müəssisələrinin fəaliyyəti ilə tanış olmaq məqsədilə dəfələrlə ölkəmizə səfər ediblər. Qeyd etmək lazımdır ki, onlar tərəvəz məhsullarının, o cümlədən ən iri istehsalçılardan biri olan "Green Tech" MMC-də də ("Azersun Holding" MMC) olub və burada görülən işləri yüksək qiymətləndiriblər.

2014-cü il sentyabrın 25-də Moskva meri Sergey Sobyaninin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracı məsələləri geniş müzakirə edilib. Müzakirələr nəticəsində Azərbaycanın 16 şirkəti ilə Rusiya Federasiyasının 3 iri ticarət şəbəkəsi və logistik mərkəzləri arasında kənd təsərrüfatı məhsullarının və onların emalı məhsullarının ixracına dair 48 qarşılıqlı anlaşma memorandumu imzalanıb. Hazırda bu memorandumların icrasına dair məqsədyönlü iş aparılır.

Biz öz tərəfimizdən istehsalçıların və fermerlərin Rusiya bazarına çıxmaları üçün yaradılan əlavə imkanlar barədə onları müntəzəm surətdə məlumatlandırır, bu məhsulların istehsalını və ixracını artırmaq üçün müxtəlif stimullaşdırma mexanizmlərini tətbiq edirik.

- Son vaxtlar Rusiyada müxtəlif səviyyələrdə belə fikirlər səslənir ki, Azərbaycandan Rusiyaya pomidor ixracı bu məhsulun Türkiyədən alınıb təkrar ixrac edilməsi hesabına artırılır...

- Yuxarıda göstərilən tədbirlər nəticəsində, habelə artan tələbatı nəzərə alaraq 2014-2016-cı illərdə təkcə örtülü qruntda pomidor istehsalı üçün sahələr 1,6 dəfə artırılıb. Cari ilin 6 ayı ərzində örtülü qruntda pomidor istehsalının həcmi 261,7 min ton olub. 2016-cı ildə pomidor istehsalının ümumi həcmi 502,7 min ton təşkil edib.

Türkiyə pomidorunun Rusiyaya qeyri-qanuni şəkildə təkrar ixrac edilməsi barədə deyilənlərə gəldikdə isə, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının da qoşulduğu 2009-cu il 20 noyabr tarixli “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları”na uyğun olaraq malın mənşəyi haqqında ST-1 formalı sertifikatların verilməsi istehsalçının ərazisində həmin kənd təsərrüfatı işlərinin aparılması üçün torpaqların, istixanaların və ya icarəyə götürülmüş sahələrin olmasının səlahiyyətli orqan tərəfindən ekspertizası əsasında həyata keçirilir. Təqdim edilmiş sənədlər əsasında malın partiyaları, həmçinin onun qablaşdırılması və markalanması yoxlanılır.

İkincisi, məhz istehsalın həcminin artması nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə pomidor idxalına hər kiloqram üçün 0,4 ABŞ dolları məbləğində xüsusi rüsum tətbiq edilib. Nəticədə bu ilin 9 ayı ərzində Türkiyədən pomidor idxalı keçən ilin müvafiq dövrü ilə müqayisədə kəmiyyət ifadəsində 81 faiz, dəyər ifadəsində 76 faiz azalıb. Bu ilin may ayından etibarən ümumiyyətlə Türkiyədən pomidor gətirilməyib.

Həmin rüsum tətbiq ediləndən sonra idxal edilən pomidorun bir kiloqramının orta qiyməti 1,15 ABŞ dolları, Rusiyaya ixrac edilən pomidorun bir kiloqramının orta qiyməti isə 0,97 dollar olub. Bu, Türkiyə pomidorunun Rusiyaya təkrar ixrac edilməsinin səmərəli olmamasına dəlalət edir.

Üçüncüsü, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın Türkiyə ilə ortaq sərhədi yoxdur. Ermənistanın işğalçı siyasəti nəticəsində Naxçıvanın blokada vəziyyətində olması faktını nəzərə alsaq, hər hansı yüklərin daşınması praktiki baxımdan mümkün görünmür.

Beləliklə, bu cür iddialar əsla həqiqətəuyğun deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTİ-nin mütəxəssisləri Şabran rayonunda təlim, məsləhət və qiymətləndirmə xidmətləri həyata keçirib

® “PAŞA Holding”in dəstəyilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək

Norveçli səyyah: Azad olunmuş əraziləri ziyarət etmək bizim üçün çox maraqlı oldu

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

İcraçı direktor: Azərbaycan dilində süni intellektin yaradılması üzrə işlər davam etdirilir

Macarıstan hökuməti Budapeştin UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsini dəstəkləyir

Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb

“Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 72 mindən çoxu 10 dövlət qurumunun payına düşür

Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib

AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Azərbaycan-Türkiyə əməkdaşlığının dini sahədə inkişaf perspektivləri müzakirə edilib

Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

® Azərbaycan banklarının nümayəndələri Türkiyənin “Ziraat Bankası”nda qonaq olublar

ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub

Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub

MDB İnformasiya Şurasının növbəti iclası Moskvada keçiriləcək

Həm delimitasiya, həm də sülh prosesinin vasitəçilərsiz da praktiki nəticələr verdiyi reallıqdır - ŞƏRH

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb MÜSAHİBƏ

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq