DÜNYA
Türkiyə Prezidenti Administrasiyası ölkə ərazisində rəqəmsal yeniliklərin təbliğini davam etdirir
Ankara, 28 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin layihəsi əsasında ölkə ərazisində geniş trayektoriya ilə hərəkət edən “Dijital Tırı” (rəqəmsal yüklü avtomobil) Afyonkarahisar şəhərinə çatıb.
AZƏRTAC xəbər verir ki, bu layihə çərçivəsində avtomobil getdiyi hər şəhərdə rəqəmsal yeniliklərini yerli ictimaiyyətə təqdim edir.
Qeyd edək ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun ölkədə əldə olunan rəqəmsal yenilikləri ictimai-siyasi proseslərə cəlb etməyə, eləcə də bu sahədə geniş ictimaiyyətin maarifləndirilməsinə üstünlük verir. “Dijital Tırı” layihəsi bunun əyani göstəricisidir.
“Dijital Tırı” indiyədək Ədirnə, Tekirdağ, Balıkəsir, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur və İsparta vilayətlərində olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara