DÜNYA
Türkiyə Prezidenti Yaponiyaya səfər edəcək
Tokio, 25 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 27-dən iyulun 2-dək Yaponiyada səfərdə olacaq.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, Türkiyə Prezidenti iyunun 28-29-da Osakada keçiriləcək G20 ölkələri liderlərinin sammitinə qatılacaq. Bundan sonra Rəcəb Tayyib Ərdoğanın Kioto, Aiçi və Tokio şəhərlərini ziyarət edəcəyi bildirilir.
Qeyd edilir ki, Yaponiyaya səfəri çərçivəsində Türkiyə Prezidenti İmperator Naruhito və Baş Nazir Şinzo Abe ilə görüşlər zamanı iki ölkə arasında əlaqələrin perspektivlərini müzakirə edəcək.
Vurğulanır ki, Türkiyə Prezidentinin Yaponiyaya budəfəki səfəri iki dost ölkə arasında əlaqələrin bundan sonra daha da möhkəmlənməsinə xidmət edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]
Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək
- 06.05.2024 [12:58]
Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub
- 06.05.2024 [12:41]
Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq
- 06.05.2024 [12:20]
Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir
- 06.05.2024 [12:18]