RƏSMİ XRONİKA
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ, ORDU GENERALI HİLMİ ÖZKÖK ANKARADA AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİ ZİYARƏT ETMİŞDİR
Mayın 10-da Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hilmi Özkök Ankarada - Gülhanə Hərbi Tibb Akademiyasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi ziyarət etmişdir.
Ordu generalı Hilmi Özkök Prezident Heydər Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik etdi, dövlətimizin başçısının səhhətini yaxşı görməkdən məmnun qaldığını söylədi. O, əmin olduğunu bildirdi ki, Prezident Heydər Əliyev tezliklə Azərbaycana qayıdaraq, həmişəki kimi fəal işə başlayacaqdır.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi oldu.
Foto Rafiq Bağırovundur