DÜNYA
Türkiyənin Baş naziri Rusiya Prezidentinə maraqlı təklifini açıqlamışdır
Ankara, 26 yanvar (AZƏRTAC). Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bir televiziya kanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinə etdiyi maraqlı təklifi açııqlamışdır.
Ankara bildirmişdir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul edilərsə, Avropa İttifaqına üzvlük məsələsi tamamilə qapana bilər.
Avropa İttifaqını tənqid edən R.T.Ərdoğan demişdir ki, rəsmi Ankara bu ittifaqa üzv olmaq məsələsini unutmasa da, qarşı tərəf Türkiyəni öz sıralarında görmək istəmir, yaxud bunu açıq söyləyə bilmir. Belə olan təqdirdə Türkiyə başqa alternativləri nəzərdən keçirmək məcburiyyətində qalır. Ona görə də mən V.Putinə dedim ki, bizi Şanxay Əməkdaşlıq Təşkilatına qəbul edin. Biz də Avropa İttifaqı ilə anlaşa biımədiyimizi bəyan edərək bu prosesdən ayrıla billərik. Çünki bu qədər gözləmənin mənası yoxdur.
R.T.Ərdoğan onu da əlavə etmişdir ki, Şanxay Əməkdaşlıq Təşkilatı Avropa İttifaqından daha güclüdür.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara