İDMAN
Türkiyənin “Beşiktaş” komandası İBA CUP beynəlxalq turnirində üçüncü qələbəsini qazanmışdır
Bakı, 20 iyun (AZƏRTAC). Bakıdakı “Şəfa” stadionunda 14 yaşadək futbol komandaları arasında ikinci dəfə təşkil olunmuş Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda (İBA CUP) beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü turu çərçivəsində növbəti oyun keçirilmişdir. Türkiyənin “Beşiktaş” komandası Almaniyanın “Ayntraxt” kollektivi ilə qarşılaşmışdır. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Beşiktaş” komandası 3:1 hesabı ilə qalib gəlmişdir.
Üç matçdan 9 xal toplayan İspaniya təmsilçisi qrup mərhələsini lider kimi başa vurmuşdur.
Turnirdə “İnter” (Bakı), “Karpatı” (Ukrayna), “Beşiktaş” (Türkiyə), “Yurqorden” (İsveç), “Vilyarreal” (İspaniya), “Dinamo” (Tbilisi, Gürcüstan), “Partizan” (Serbiya) və “Ayntraxt” (Almaniya) kollektivləri mübarizə aparır.