MƏDƏNİYYƏT
Türkiyənin TRT kanalı Bakıda keçirilən Gül bayramı barədə veriliş hazırlamışdır
İstanbul, 12 may (AZƏRTAC). Türkiyənin “TRT-türk” televiziya kanalı Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş Gül bayramı barədə veriliş yayımlamışdır.
Televiziya tamaşaçılarının diqqətinə çatdırılmışdır ki, Heydər Əliyev Sarayının qarşısındakı park və sarayın arxasında yerləşən şəhər mərkəzi parkı öz görkəmini tam dəyişmiş, buradakı füsunkar gözəllik ziyarətçilər tərəfindən böyük məhəbbətlə qarşılanmışdır.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri gül bayramında iştirak etmişlər.
Veriliş barədə aşağıdakı linkdə daha ətraflı məlumat əldə etmək olar:
http://www.trtturk.com/haber/aliyevin-91-dogum-yili-kutlamalari.html
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul