MƏDƏNİYYƏT
Ucardakı Heydər Əliyev Mərkəzində yeni dərnəklər açılmışdır
Ucar, 28 mart (AZƏRTAC). Ucarda 2011-ci ilin oktyabr ayında istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi bu gün rayonda aparılan ideoloji işin mərkəzinə çevrilmişdir.
AZƏRTAC xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin son dərəcə zəngin olan həyat və fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə burada mütəmadi olaraq müxtəlif tədbirlər, o cümlədən tarixi günlər qeyd olunur, görüşlər, “dəyirmi masa”lar keçirilir.
Ulu öndərin anadan olmasının 90 illik yubileyi ərəfəsində gənclərin və yeniyetmələrin istəkləri nəzərə alınaraq Heydər Əliyev Mərkəzində ictimai əsaslarla “Xalçaçılıq”, “Xarici dil” və “Həvəskar fotoqraflar” dərnəkləri açılmışdır.
Bu dərnəklərdə məşğələlər mütəxəssislər tərəfindən aparılır.