İQTİSADİYYAT
Üç şirkətin filialından ibarət konsorsium Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi tenderin qalibi olmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalındakı dövlətə məxsus payın azaldılması (dövlətsizləşdirilməsi) və özəlləşdirilməsi şərtlərinə dair təkliflərin hazırlanması üçün məsləhətçinin seçilməsi üzrə Əmlak Məsələləri Dövlət Komitəsi açıq tender keçirmişdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, tenderin nəticələrinə uyğun olaraq, “PraysvoterhausKupers Audit Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ROTHSCHILD & CIE” şirkəti və “Salans UK Limited” şirkətinin Azərbaycanda qeydiyyatdan keçmiş filialından ibarət konsorsium tenderin qalibi seçilmişdir.