Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini plenar iclaslarla və seminarlarla davam etdirib VİDEO

Bakı, 18 may, AZƏRTAC

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu rəsmi açılışdan sonra işini “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” mövzusunda birinci plenar iclasla davam etdirib.

Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardinin moderatoru olduğu plenar iclası açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun beynəlxalq gündəlikdə saxlanılması insanların təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu Forumun qarşısında duran ən əsas missiya da mədəniyyətin paylaşılmasının qlobal təhlükəsizlikdə rolunu araşdırmaqdır. Bu mənada yumşaq gücün aparıcı qüvvəsi kimi mədəniyyətə daha geniş prizmadan baxılmalıdır.

Əbülfəs Qarayev qeyd edib ki, hazırkı dünyamızda hadisələr sürətlə dəyişdiyinə görə onları proqnozlaşdırmaq, qiymətləndirmək o qədər də asan olmur. Bunun əsas səbəbi isə milli, mədəni, ideoloji və dini ziddiyyətlərin gündən-günə artmasıdır. Nəticədə yaranmış münaqişələr dəhşətli nəticələrə gətirib çıxarır. Bütün bunların qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşmanın təbliği çox önəmlidir.

Sonra Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Əl-Ərəbinin müraciəti oxunub.

Moderator Mayk Hardi bildirib ki, multikulturalizm insanları gələcəyə doğru aparan əsas amil olmalıdır. Əlbəttə, biz birgə yaşamaq və paylaşmaq anlayışından danışırıqsa, o zaman birgə tərəfdaşlıq çox vacibdir. Bunun üçün də burada aparılan müzakirələrdən, səsləndirilən fikirlərdən yekun nəticələrin çıxarılması çox vacibdir.

Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova Forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanın belə bir mühüm məsələyə - mədəniyyətlərarası dialoqa verdiyi töhfə bütün dünyada yüksək qiymətləndirilir.

Təhlükəli meyillərə qarşı birgə mövqedən çıxış etməyin vacibliyini vurğulayan Marqarita Popova qeyd edib ki, təhlükəsizliyin olmaması ölkələrin dinamik inkişafına ciddi təsir göstərir. Vitse-prezident deyib: “Qarşılıqlı anlaşma, mədəniyyət bütün bəşəriyyət üçün ən vacib dəyərlərdəndir. Biz müxtəlif dinlərə və mədəniyyətlərə malik olan cəmiyyətlər arasında sıx birliyi, həmrəyliyi təmin etməliyik. Kəskin natarazlıq olan cəmiyyətdə sabitlik, anlaşma ola bilməz. Ona görə də cəmiyyət daxilində bərabər hüquqların, layiqli həyat tərzinin təmin edilməsi vacibdir”.

UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Əl-Nəşif siyasətçilərin, təhsil işçilərinin, gənclərin sülhün qorunması istiqamətində fəaliyyətlərinin artırılmasının, onların bu məsələ ilə bağlı müxtəlif layihələrə qoşulmalarının vacibliyini qeyd edib. Bu Forumu vacib tərəfdaşlıq formatı kimi dəyərləndirən baş direktorun müavini bildirib ki, Azərbaycanla birgə işlər görməklə alternativlərə nail olmaq mümkündür.

Avropa Şurasının demokratik vətəndaşlıq və iştirak şöbəsinin direktoru Jan-Kristof Ba çıxışında qeyd edib ki, mədəniyyətlərarası dialoqun təşviqinin müzakirə edildiyi bu Forum dünyada mühüm rola malikdir.

Müasir dünyamızda təhsilin önəmini vurğulayan Jan-Kristof Ba qeyd edib ki, təhsil sadəcə gələcəkdə yaxşı iş tapmaq üçün lazım deyil, təhsil, həmçinin demokratiyanın, sülhün, qarşılıqlı anlaşmanın təşviqində mərkəzi rol oynayır. Bunun üçün düzgün bir vasitə tapılmalıdır.

Fransa Senatının üzvü xanım Natali Qule Bakıda keçirilən bu Forumu mədəniyyətlərarası dialoqa töhfə vermək üçün gözəl bir fürsət kimi qiymətləndirib. O deyib: “Bu gün biz Azərbaycanın təcrübəsini təbliğ etməliyik. Biz göstərməliyik ki, Azərbaycan multikulturalizmin öncül sıralarındadır. Azərbaycan bu sahədə xeyli uğurlar qazanıb, digər ölkələr bundan nümunə götürməlidirlər”.

Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü xanım Rəşidə Dati Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verdiyini vurğulayıb. O deyib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda vacib rol oynayan güclü dövlətdir. Dinlər və etnik qruplar arasındakı münasibətlərə görə Azərbaycan dünyaya nümunə ola bilər. Heydər Əliyev Fondu mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir. Fondun Fransada mədəni irsin bərpasına etdiyi yardım xüsusi vurğulanmalıdır. Əgər belə nəcib işlər görülməsə, təhlükəsizlik heç vaxt təmin olunmayacaq.

Vurğulanıb ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan dini, mədəni zənginliyini qoruyub saxlayıb. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda tolerantlığın qorunması fərəh doğurur. Bu ölkədə məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Məhz belə nümunələrdən istifadə edilməlidir.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, artıq Azərbaycan müasir dünyanın mədəni mənzərəsinin bir hissəsinə çevrilib. Azərbaycan üçün mədəniyyətin inkişafı xüsusilə önəmlidir. Müstəqillik və mədəniyyət kimi məfhumlar bizim üçün ən başlıca amillərdir. Çünki ölkənin müstəqil olması üçün ən başlıca şərtlərdən biri də onun öz milli mədəniyyətini qoruya bilməsidir. Azərbaycan milli mədəniyyətinin qorunması üçün çox işlər görülüb. Azərbaycanda əsrlər boyu müxtəlif xalqların nümayəndələri birgə dinc şəraitdə yaşayıblar və qeyri-adi bir irs yaradıblar. Ölkəmizdə xüsusi həmrəylik mövcuddur. Azərbaycanda, həmçinin Qərb və Şərq mədəniyyətinin nümunələri cəmləşib.

S.Seyidov Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanın zəbt etdiyi ərazilərdə tarixi, mədəni, dini abidələri məhv etməsindən danışıb.

ABŞ-da yerləşən Etnik Anlaşma Fondunun sədri Rabbi Mark Şnayer əsrlərdir yəhudilərin Azərbaycanda sülh, dostluq şəraitində yaşadıqlarına diqqəti cəlb edib. O, Azərbaycanın yürütdüyü balanslaşdırılmış siyasətin əhəmiyyətini qeyd edib, rəsmi Bakının həm müsəlman, həm xristian ölkələri, eləcə də İsraillə yaxşı münasibətlərə malik olduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.

Rusiya Xarici İşlər Nazirliyinin BMT-nin Sivilizasiyalar Alyansı ilə iş üzrə nümayəndəsi, xüsusi işlər üzrə səfir Konstantin Şuvalov qeyd edib ki, siyasi maraqlarla yanaşı, dini amillər də qarşıdurmalarda böyük rol oynayır. Bu gün insanlar ekstremizmin başqa ölkələrə yayılmasından qorxurlar. Ona görə də dini liderlər müxtəlif dinlərin təmsilçiləri arasında anlaşmanı təmin etməyə çalışmalıdırlar.

Plenar iclas müzakirələrlə davam edib.

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini plenar iclaslarla və seminarlarla davam etdirib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub