Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ucqar dağ rayonu olan Yardımlıda yeni məktəb binalarının tikintisi geniş vüsət alıb FOTO VİDEO

Yardımlı, 11 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC 

Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumtəhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarında da məktəb tikintisi əsas yerlərdən birini tutur. Ucqar dağ rayonu olan Yardımlıda da yeni məktəb binaları tikilir, təhsilin maddi-texniki bazası gücləndirilir.

AZƏRTAC xəbər verir ki, son illər Yardımlı rayonunda yeni məktəb binalarının tikintisi və modul tipli məktəblərin quraşdırılması geniş vüsət alıb. Bu il Peştəsər kənd ümumi və Çanaxbulaq kənd tam orta məktəbləri üçün modul tipli binalar quraşdırılıb.

Peştəsər kəndində modul tipli məktəb binası tikilib

Ötən əsrin 70-ci illərində tikilən Peştəsər məktəbi istismar müddətini başa vurmuşdu. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Hazırda Peştəsər kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik müasir standartlara cavab verən modul tipli məktəb binası tikilib. Məktəb hər cür zəruri avadanlıqlarla təchiz edilib. Burada 72 şagirdin təlim-tərbiyəsi ilə 14 müəllim məşğul olacaq.

Kənd sakinləri yeni məktəb binasının quraşdırılmasının sevincini yaşayırlar. Onlardan biri də Ədalət Qasımovdur: “Çox sevinirəm ki, bizim dağ rayonunda, Peştəsər kəndində modul tipli məktəb tikilib. Bu, uşaqlarımızın gələcək təhsilinə müsbət təsir göstərəcək. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm”.

Peştəsər kənd ümumi orta məktəbinin direktoru Özüxan Bəşirov isə bildirib ki, son illər Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı nəticəsində rayonlarda yeni məktəb binaları tikilir və ya əsaslı təmir olunur. Peştəsər kəndində tikilən modul tipli məktəb binası da onlardan biridir. O, pedaqoji kollektivin yaradılan şəraitdən səmərəli faydalanacağına, daha səylə çalışacağına, istedadlı gənclər yetişdiricəyinə əminliyini ifadə edib.

Çanaxbulaq məktəbinin direktoru: “Yeni məktəbimizdə dərs keçmək daha rahat olacaq”

Çanaxbulaq kənd tam orta məktəbində də əvvəllər tədris köhnə binada keçirilirdi. Şagirdlərin normal təhsil almalarına əngəl törədən köhnə məktəb yeni modul tipli məktəblə əvəz edilib. Şəhid Azər Məmmədovun adını daşıyan tam orta məktəb 56 şagird yerlikdir. Tədrisin normal təşkili üçün hər cür lazımi inventarlarla təchiz olunan məktəbdə 17 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.

Məktəbin direktoru Ədalət Ağayev deyib: “Yeni məktəbimiz tikiləndən sonra dərs keçmək daha rahat olacaq. Kombi istilik sistemi də quraşdırılıb. Biz təzə məktəbdə şagirdlərin təlimi ilə daha yaxından məşğul olacağıq və çalışacağıq ki, tədrisimiz daha yaxşı olsun”.

Qaraqaya kəndində 120 şagird yerlik yeni məktəb binası yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcək

Rayonun Qaraqaya kənd tam orta məktəbi üçün tikilən 120 şagird yerlik yeni məktəb binasının inşası isə davam etdirilir. Köhnə məktəb binasının yararsız hala düşməsi, istilik sisteminin olmaması tədrisin keyfiyyətinə də mənfi təsir göstərirdi. Yeni məktəb binasının tikilməsi ilə bu vəziyyətə son qoyulacaq. İkimərtəbəli məktəb binasında tikinti-quraşdırma, konstruksiya işləri başa çatıb. Elektrik, istilik xətləri çəkilib. Binada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılır. Tədris müəssisəsində 17 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq.

Qaraqaya kənd tam orta məktəbinin direktoru Sərvər Əliyevlə söhbət zamanı bildirdi ki, məktəb binası yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcək. O, kənd sakinləri adından belə məktəb binasının inşasına görə Prezidentə minnətdarlığını ifadə edib.

Şəhər 4 saylı tam orta məktəb üçün tikilən yeni bina tədrisin təşkilində yaranan çətinlikləri də aradan qaldıracaq

Şəhid Vidadi Nəciyev adına Yardımlı şəhər 4 saylı tam orta məktəbi üçün də 180 yerlik yeni məktəb binası inşa edilir. Ötən əsrin 70-ci illərində istifadəyə verilmiş köhnə məktəb binası istismar müddətini başa vurmuşdu. Tədrisin təşkilində yaranan çətinlik yeni məktəb binasının tikintisi ilə aradan qalxacaq. İnşaat işlərinə avqust ayının əvvəlində başlanılıb.

İş icraçısı Maarif Sultanovun sözlərinə görə, məktəb lazımi şəraitlə təmin ediləcək. Məktəbdə 175 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olacaq.

Üçmərtəbəli yeni tədris müəssisəsinin tikintisi həm kənd sakinlərini, həm də pedaqoji kollektivi çox sevindirir. 4 saylı tam orta məktəbin direktoru Miralim Səlimov deyib: “Yeni məktəb binamız müasir tələblərə cavab verəcək. Burda bütün kabinetlər, elektron avadanlıqlar, informatika sistemləri tamamilə yenidən qurulacaq. Şagirdlərimiz daha müasir avadanlıqlarla təmin olunmuş siniflərdə dərs keçəcək”.

Yardımlı rayonunda yeni tikilən təhsil müəssisələri 2020-2021-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək.

Ucqar dağ rayonu olan Yardımlıda yeni məktəb binalarının tikintisi geniş vüsət alıb FOTO  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib