DÜNYA
Ukrayna Beynəlxalq Valyuta Fondundan 1,3 milyard dollar həcmində əlavə təcili maliyyə vəsaiti alıb
Kiyev, 13 oktyabr, AZƏRTAC
Ukrayna Beynəlxalq Valyuta Fondundan 1,3 milyard dollar həcmində əlavə təcili maliyyə vəsaiti alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Telegram səhifəsində məlumat verib.
"Ayrılan vəsait təcili ehtiyacların maliyyələşdirilməsinə yönəldiləcək. Bura müdafiə qabiliyyətinin gücləndirilməsi, pensiyaların ödənilməsi, sosial proqramlar və iqtisadiyyatın dəstəklənməsi daxildir", - deyə Baş nazir yazıb.
Onun sözlərinə görə, ümumilikdə BVF müharibə başlayandan bəri Ukraynaya 2,7 milyard dollar yardım edib.
“Həmçinin yaxın gələcəkdə biz Fondla gələn ildən işə düşəcək yeni xüsusi proqramın hazırlanmasına başlayacağıq”, - Şmiqal bildirib.
Xatırladaq ki, 2022-ci ildə Ukrayna BVF-dən təxminən əvvəlki illərdən verdiyi kreditlərlə eyni məbləğdə vəsait alır. Eyni zamanda, Ukrayna 5 milyard dollar və ya daha çox məbləğdə yeni proqrama ümid edir.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev