DÜNYA
Ukrayna Prezidenti AŞPA-nın plenar iclasında çıxış edib
Strasburq, 13 oktyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclası Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın dövlət başçısı ölkəsindəki vəziyyətlə bağlı məlumat verdikdən sonra avropalı parlamentarilərin suallarını cavablandırıb.
Parlament Assambleyası plenar iclasını litvalı parlamentari Emanüelis Zingerisin hazırladığı “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün siyasi nəticələri” adlı məruzə ətrafında müzakirələrlə davam edib.
Günün ikinci yarısında Assambleyada “Avropa Şurasına üzv ölkələrdə cinsi azlıqların nümayişlərinə maneə hədələri”, “Bərabər oyunlar: İdmanda qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması” və “Rumıniyanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərini yerinə yetirməsi” adlı məruzələrin müzakirəsi ilə davam edəcək.
Azərbaycanlı parlamentarilər müzakirələrdə fikir və təkliflərini təqdim edəcəklər.
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq